Kaş Sənin kim olduğunu dərk edərdilər...
Mьəllif: admin1
Tarix: 19-01-2019, 19:38
Kaş Sənin kim olduğunu dərk edərdilər...
Hər yerdə Səni axtarıram. İstəyirəm ki, həyatımın xoş anlarını səninlə birgə keçirəm. Varlığımın dərinliklərində Səninlə birlikdə bu xoş anlardan həzz alam.

Bu, sənsən ki, həmişə mənimləsən. Hətta bir an belə məni tərk etmirsən. Əbədi olaraq mənimlə qalacaqsan. Bu, məni Sənə aşiq etmişdir. Sən bəziləri kimi deyilsən ki, dostlarını tərk edirlər.

Sən mənim həmişəlik məşuqumsan. Hər bir anda və hətta dilimə gətirmədiyim sözlərimə belə, diqqət edirsən. Mən Sənin kimi İlahi ilə birlikdə olmaqdan ləzzət alıram.

Çünki mənim üçün ancaq Sən qalacaqsan.

Çünki Sən mən dünyaya gəlməzdən əvvəl də mənimlə idin.

İndi ki, dünyadayam, mənimləsən.

Bundan sonra da mənimlə olacaqsan.

Vardın, varsan, olacaqsan və əbədi qalacaqsan.

Kaş bu həqiqəti yer əhli də dərk edərdi.

Sənin həqiqətən kim olduğunu başa düşərdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930