Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar
Mьəllif: admin1
Tarix: 16-01-2023, 11:15
Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar
Qəbir – insanın gedəcəyi son mənzil və axirətə açılan qapıdır. İnsan qəbrə daxil olan andan onun İlahi vacibatları boynundan götürülür.

İnsanın axirətə görə olan şəkk və şübhəsi aradan gedir. Ancaq bu imanın ona heç bir faydası olmaz. İman o zaman faydalıdır ki, hər zaman qeybə inanasan və məadı qəbul edəsən.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar yuxudadırlar, o zaman ki, ölərlər – ayılarlar”.

Ona görə də hər kim axirətə inanar, axirət imanı onun üçün faydalı olar. Göndərdiyi əməllərin meyvəsini yeyər. Ancaq o zaman ki, insan axirəti inkar edər və ancaq bu dünyanı əsas götürər – etdiyi günahlara görə heç bir zaman peşman olmaz və nəfsinin əsiri olar. Bu insan üçün öləndən sonra axirətə imanın heç bir faydası olmayacaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbir hər gün beş kəlməni fəryad çəkər:

1. Mən yoxsulluq eviyəm, özünüzlə xəzinə gətirin.

2. Mən qorxu eviyəm, özünüzlə munis gətirin.

3. Mən ilanlar və əqrəblər eviyəm, özünüzlə zəhər əleyhinə məlhəm gətirin.

4. Mən qaranlıq evəm, özünüzlə ziya gətirin.

5. Mən daş və torpaq eviyəm, özünüzlə xalça gətirin.

Xəzinə: “Lə iləhə illəllah”dır.

Munis: Quran tilavətidir.

Zəhər əleyhinə məlhəm: Ehsan və sədəqədir.

Çıraq: Gecə namazıdır.

Xalça: Saleh əməldir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930