Yoxsulluq yaxşıdır, yoxsa pis?
Mьəllif: admin1
Tarix: 16-01-2019, 10:30
Yoxsulluq yaxşıdır, yoxsa pis?
Yoxsulluq bəzən hədislərimizdə kəskin şəkildə məzəmmət olunur, bəzən də mədh olunur. Bunun səbələrini araşdıraq.

Yoxsulluğu məzəmmət edən hədislər:

1. Yoxsulluq küfrün sərhədindədir. Həzrət Peyğəmbər (s) buyurur: “Yoxsulluq küfrə yaxındır”.

2. Böyük ölümdür. İmam Əli (ə) buyurur: “Yoxsulluq – böyük ölümdür”.

3. Qətldən daha pisdir. Həzrət Peyğəmbər (s) buyurur: “Yoxsulluq, qətldən daha pisdir”.

4. Yoxsulluqdan pis bəla xəlq olmamışdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala Həzrət İbrahimə (ə) vəhy edir: “Ey İbrahim! Səni xəlq etdim və Nəmrudun atəşinə düçar etdim. Əgər səni yoxsulluğa düçar etsəydim və səbri səndən alsaydım, nə edərdin?”.

İbrahim (ə) buyurur: “Məgər yoxsulluq mənim üçün Nemrudun atəşindən daha pisdir?”. Allah buyurur: “İzzət və Cəlalıma and olsun ki, yerdə və göydə yoxsulluqdan ən pisini xəlq etməmişəm””.

5. Dini naqis edər.

6. Düşüncədə təşviş yaradar.

7. Bədbinlik gətirər. İmam Əli (ə) oğlu Muhəmmədə nəsihət verən zaman buyurur: “Oğlum, sənin üçün yoxsulluqdan qorxuram. Ondan Allaha pənah apar. Çünki yoxsulluq insanın dinini naqis, ağıl və düşüncəsini təşvişli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.

8. Dili pəltək edər. İmam Əli (ə) buyurur: “Yoxsulluq, zirək insanı, səbəbini söyləməkdən pəltək edər”.

9. Yoxsul, öz vətənində də qəribdir. İmam Əli (ə) buyurur: “Sərvət qürbətdə - vətən, yoxsulluq vətəndə - qürbətdir”.

10. Şəxsiyyəti aradan aparar. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Oğlum, o kəs ki, yoxsulluğa düçar olar, 4 şeyə giriftar olar: yəqində zəif olar, ağlı nöqsanlı olar, dində süst olar, abır və həyası azalar”.

Yoxsulluğu mədh edən hədislər:

Həzrət Peyğəmbər (s) buyurur: “Yoxsulluq – mənim iftixarımdır”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allahım, məni yoxsul dirilt, yoxsul öldür və məni yoxsullarla məhşur et”.

Həzrət Peyğəmbəri-Əkrəmə (s) yoxsulluqla bağlı sual verirlər və Həzrət (s) buyurur: “İlahi xəzinədən olan xəzinədir”.

Sualı ikinci dəfə təkrar edirlər və Həzrət (s) buyurur: “Allah tərəfindən olan kəramət və fəzldir”.

Üçüncü dəfə soruşan zaman buyurur: “O şeydir ki, Allah mürsəl peyğəmbərdən və Allaha haqqı olan mömindən başqasına əta etməz”.

İmam Sadiq (ə) buyurur: “Əgər möminlər ruzi istəməsəydilər, Allah onları yoxsul qərar verərdi”.

Məlum olur ki, bir mömin, yoxsulluqdan qaçmaq üçün çalışmalı, ruzi qazanmaq üçün səy etməlidir. Özünün, yaxınlarının izzətli həyatı üçün əlindən gələni etməlidir.

Amma əgər yoxsulluqdan qaça bilməsə - səbir etməli, bu imtahanı böyük İlahi lütf kimi, kəramət və fəzl kimi qəbul etməlidir. Əgər səy və çalışmalarını əsirgəmirsə, yoxsulluğundan utanmamalı, əksinə – öz durumu ilə bağlı iftixar hissi keçirməlidir.

Allah Təala imtahanlarımızı asan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930