Mələklərin ağlı necə olur?
Mьəllif: admin1
Tarix: 15-01-2019, 13:48
Mələklərin ağlı necə olur?

Ağlın müxtəlif mənaları vardır. Amma hər bir halda, şübhəsiz ki, mələklərin də ağılları vardır. Bu, ağılın mənasından irəli gəlir.

Ağılın mənaları deyilikdə, adətən bunlar nəzərdə tutulur:

1. Ağıl – xeyiri şərdən ayırd etmək və dərk etməkdir.

2. Ağıl – özünü tanımaqdır.

3. Ağıl – elə bir qüdrətdir ki, onun vasitəsilə Allah pərəstiş edilər və behişt əldə olunar.

Əlbəttə, bu məfhumların hamısını mələklərə aid etmək olmaz.

Bəzən ağıl deyildikdə, müdriklik və dəlil gətirmək məharəti nəzərdə tutulur. Ağlın bu növü ancaq dünya həyatına aid olan ağıldır.

Bəzən də ağıl, insanın meyil və istəklərinə çatmasını təmin edir. Ona görə də bu cür ağıl çox vaxt şəhvətə xidmət edər və zəlalətə səbəb olar.

Bəzən də ağıl insanın qazancını təmin etməyə qulluq edər və dünya həyatını yaxşılaşdırmağa çalışar.

Bu deyilənlərdən belə nəticəyə gələ bilərik ki, mələklərin də ağlı vardır. Ancaq bu ağıl insanda olan ağıldan fərqlidir. İnsanın ağlı dünya həyatına uyğun olan işləri yerinə yetirər və iman əhli üçün dünyadan axirəti üçün ehtiyatlar toplayar. Ancaq mələklərin bu vəzifəsi olmadığı üçün, onların ağıl meyarları da fərqlidir.

Ona görə deyə bilərik ki, mələklərin də ağlı vardır, ancaq insanda olan kimi deyildir. İnsanda olan ağıl növlərinin hamısını mələklərə aid etməkolmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031