İmam Həsənin (ə) qatilləri – İmam Hüseyn (ə) niyə qatilə qarşı qisas icra etmədi?
Mьəllif: admin1
Tarix: 9-01-2019, 19:35
İmam Həsənin (ə) qatilləri – İmam Hüseyn (ə) niyə qatilə qarşı qisas icra etmədi?
İmam Həsən (ə) həzrət Əlidən (ə) sonra 7 ay müsəlmanların xəlifəsi oldu. Müaviyə ilə bağlanan sülh müqaviləsindən sonra xilafətdən çənilən İmam (ə) təxminən 10 ilə yaxın imamlıq etdi.

İmam Həsənin (ə) xilafətdən çəkilməsinə baxmayaraq varlığı, yaşaması daima Müaviyyəni narahat edirdi. Bu səbəbdən Müaviyyə müxtəlif hiylə və gizli yollarla İmam Həsəni (ə) şəhid edib, özü və oğlu üçün ən böyük maneəni aradan qaldırmaq istəyirdi.

Nəhayət o buna nail olur və hicrətin 50-ci ilində İmam Həsən (ə) Müaviyyənin sifarişi ilə zəhərlənərək şəhadətə qovuşur. Şeyx Müfid bu barədə yazır ki, Yezid üçün beyət hazırlayan Müaviyyə 50min dirhəm qarşılığında İmam Həsənin ə. həyat yoldaşı, Əşəs ibn Qeys Kindinin qızı Cudəni satın alır, hətta İmamın (ə) şəhadətindən sonra onu Yezid ilə evləndirəcəyinə belə söz verir.

Şeyx Mufid “əl-İrşad” kitabında İmam Həsənin (ə) şəhadəti barədə yazır:

İmam Həsən (ə) şəhadətinə yaxın vaxtlarda qardaşı İmam Hüseyni (ə) yanına çağırıb buyurur: “Qardaşım, yaxın günlərdə mən sizin aranızdan ayrılacam. Məni zəhərləyəcəklər, zəhər ciyərimi parçalayacaq. Bunu kimin edəcəyini və kimin sifarişi olduğunu bilirəm. Mən özüm Allahın hüzurunda onlarla hesabımı görəcəm. Səni, üzərində olan haqqıma ad verirəm ki, sən yalnız baş verənləri izlə və Allahın haqqımda olan qəza-qədərini gözlə.”

İmam Hüseyn (ə) qardaşının (ə) vəsiyyətinə əməl edir və İmamın (ə) şəhadətindən sonra Cudədən qisas almır.

Tarixçilərin bildirdiyinə görə İmamın (ə) şəhadətindən sonra Müaviyyə vəd etdiyi 50min dirhəmi Cudəyə göndərir, lakin Yezidlə evlənməyinə etiraz edərək deyir: Allah rəsulunun (s) övladını zəhərləyən birisini öz övladıma rəva görmürəm.”



Bəzi tarixçilər bildirir ki, Cudə İmamın (ə) şəhadətindən sonra uzun müddət yaşayır, iki dəfə ailə həyatı qurur, hətta övladları da olur. Lakin bu qara ləkə onda heç vaxt təmizlənmir. Buna görə həmişə onun övladlarına “ərini zəhərləyənin uşaqları” deyərdilər. (Əbul-Fərəc isfəhani, Bəlazəri,İbni Həbban,Şeyx Mufid, İbn əbil-Hədid)



(“İslaminSesi”)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930