Həya ilə iman bir qabda olarlar
Mьəllif: admin1
Tarix: 9-01-2019, 19:20
Həya ilə iman bir qabda olarlar
Həyadan uzaq olmaq imanı aradan aparar. Həya olmadan, imandan bir şey qalmaz.

Bu cür insanda xeyir olmaz, onu gözəl gələcək gözləməz. O, fəsad nümunəsi olar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həya libasını cırar – onun qeybəti caizdir”.

O kəs ki, bilərəkdən günah edər və fəsadı yayar, öz iffət libasını cırmış olar. Gözü, qulağı, dili müxtəlif günahlara düçar olar. Söyüş söyməkdən, haram yeməkdən, münkərlərə düçar olmaqdan çəkinməz. O, cəmiyyəti öz fəsadı ilə məhvə doğru aparar.

Ona görə də bu cür insanın qeybəti bir növ nəhyin münkər olunmasıdır. Bu yolla başqalarının həmin yola düşməsinin qarşısı alar.

İmam Baqir (ə) buyurur: “Həya və iman bir qabda bir-birinin yanında qərar tutarlar. Əgər onlardan biri gedərsə, o birisi də onun ardınca gedər”.

İmam Sadiq (ə) buyurur: “Hər kimin həyası olmaz – imanı olmaz”.

Bəs həyasına görə xəyanəti tərk edənin mükafatı nədir?

İmam Hadi (ə) buyurur: “Həzrət Musa (ə) Allaha buyurur: “Allahım! O kəs ki, Sənə həyasına görə xəyanəti tərk etmişdir, onun əvəzi nə olacaqdır?”.

Allah buyurur: “Qiyamət günü əzabdan amanda olmaq””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930