Bəzi çətinliklər bəndələrin xeyrinədir
Mьəllif: admin1
Tarix: 21-01-2024, 14:26
Bəzi çətinliklər bəndələrin xeyrinədir
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ


"Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz." (Bəqərə, 216).

İzah: Məlumdur ki, insanın kainatın sirləri və onların öz taleyinə təsiri haqqında məlumatı çox azdır. Buna görə də bir çox hallarda nəticə etibarilə öz xeyrinə olan bu və ya digər hadisəni özü üçün bəla və müsibət sana bilər.

Odur ki, həkimin dərmanı uşaq üçün acı və xoşagəlməz olsa da ondan çəkinməməlidir. Çünki o dərmandan istifadə etmək onun sağlamlığı ilə nəticələnəcək. Həyatda qarşılaşdığımız bir çox acı müsibətlərin və fəlakətlərin də nəticəsi yaxşıdır.

Allah ondan xəbərdardır. Bəndələr isə öz elm və biliklərinin məhdud olduğuna görə onu acı və xoşagəlməz hadisə kimi görürlər. Yuxarıdakı ayə bu mühüm və təsirli həqiqəti təkid edir.

Hədis: İmam Əli (ə): “Allah Öz ərşindən səsləyir: “Ey bəndələrim! Dediyim hər şeyə əməl edin. Öz məsləhətlərinizi mənə deməyin. Mən Özüm sizin məsləhətinizdən xəbərdaram və onu sizdən əsirgəmərəm.” (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 327, hədis: 176).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930