Hansı halda çox danışmaq bəyənilir?
Mьəllif: admin1
Tarix: 5-01-2019, 16:26
Hansı halda çox danışmaq bəyənilir?
Ömür – insana verilən sərmayədir və hər kim ondan bərəkətli istifadə edərsə, meyvəsini axirətdə alar. Aqil insan gərək ömrünün qədrini bilsin və onu boş işlər və boş sözlər ilə tələf etməsin.

Dinimiz buyurur ki, mömin gərək onun dünya və axirətinə fayda verəcək mövzular haqqında danışsın. O şey ki, ona fayda vermir və elm vermir – o haqda danışmaq yersiz və boş sözlərdir.

İmam Sadiq (ə) buyurur: “Həqiqi ziyankar o kəsdir ki, ömür sərmayəsini ondan fayda aparmadan anbaan əldən verər”.

Ənəs nəql edir: “Ühüd döyüşündə səhabələrdən biri şəhid olmuşdu. O, aclıqdan qarnına daş bağlamışdı. Anası başının üstünə gəlir və üzündə olan torpağı təmizləyib deyir: “Behişt sənə şirin olsun”. Həzrət Peyğəmbər (s) bu sözləri eşidir və şəhidin anasına buyurur: Sənə vəhy olmuşdur ki, behişt ona şirin olacaqdır? Ola bilsin ki, o, yersiz sözlər demiş olsun”.

Məlum olur ki, insan behiştlik olsa da belə, əbəs və yersiz sözlər onu İlahi nemətlərdən məhrum edə bilər.

Əmirəl-mömininin (ə) nəzərinə görə, təqva əhlinin ən bariz sifəti – yersiz sözlərdən çəkinmək olmalıdır. Ona görə də Həzrət Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, elə söz deyir ki, dünyasına fayda vermir və axirətdə onun üçün əcr yoxdur”.

Yersiz və çox danışmaq bəzən insanı günaha salır. Sui-zənn, qeybət, böhtan və sair kimi günahlar etməsinə yol açır. Ona görə də Məsumlarımız (ə) buyurur ki, faydasız söz danışmaq yerinə, sükut et. Çünki əgər sükut edərsən– günahdan uzaq olarsan.

Quran buyurur: “Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda – sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla – bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik”. (“Nisa” 114).

Məlum olur ki, o halda danışmaq bəyənilir ki, bu, xeyir işə sövq etməklə və bu kimi müsbət motivlərlə şərtləndirilir.

Əmirəl-möminin (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çox olar. Hər kimin xatası çox olarsa – həyası azalar. Həyanın azalması – təvazökarlığında nöqsana səbəb olar. Hər kimin təvazökarlığı azalarsa – qəlbi ölər. Hər kimin qəlbi ölərsə - cəhənnəmə daxil olar”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çox danışmaqdan çəkinin, çünki büdrəmələri artırar, ardınca süstlük gətirər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Çox danışmayın, məgər Allahın zikrində”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031