İnsanın kamillik yolunda duran maneə nədir?
Mьəllif: admin1
Tarix: 1-01-2019, 20:38
İnsanın kamillik yolunda duran maneə nədir?
İnsanın İlahi qürb məqamına çatmasına nə mane olur?

Əgər İlahi qürb məqamına çatmağa mane olan amillər haqqında danışmaq istəsək, gərək deyək ki, o əməl ki, insanı kamala çatmağa qoymur və bu yoldan saxlayır – onların hamısı maneədir.

“Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Həzrət Musanın (ə) zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o,) alçaqlığa meyil edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”. (“Əraf” 75-76).

Həmçinin şeytana və əmmarə nəfsə itaət etmək, dünya sevgisi, şirk, günah – bunlar insanı İlahi qürb məqamından saxlayan başqa amillərdir.

Bütün bu deyilənlərdən belə görünür ki, hər kim İlahi qürb məqamına çatmaq istəyirsə, gərək Allahı yaxşı tanısın, Onun məqamına mərifəti olsun, vacibatları yerinə yetirib, haramlardan çəkinsin.

Ən əsası da – lənətlik şeytanın tələlərindən qaça bilsin və nəfsinə hakim olsun.

Yuxarıdakı ayə bizə İlahi qürb məqamına çatmış insanın əhvalatını nəql edir ki, belə ali məqamdan süqut etmişdir. Bu süqutunun səbəbi də şeytanın tələsinə düşməsinə görə olmuşdur.

Ona görə heç kəs deyə bilməz ki, ömrünün sonunda nələr baş verə bilər. Bütün ömrü boyu ibadət əhli olan biri ki, Allahın sevimli bəndəsi rütbəsinə ucalmışdır, şeytanın (lən) kiçik bir vəsvəsəsi ilə uzun illər əldə etdiklərinin hamısını hədər edir və dünyadan kafir gedir.

Sizin nəzərinizə görə bu qədər zəhmət heyif deyildirmi? Ona görə də ayıq olmaq lazımdır. Hər nə qədər ibadət əhli olsaq da, şeytan bizi həmişə güdür və bizə həmişə tələlər qurur. Gərək özümüzü qoruyaq və bu vəsvəsələrə qalib gələk.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930