Çətinliklərə sinə gərmək üçün əməli metodlar
Mьəllif: admin1
Tarix: 1-01-2019, 10:07
Çətinliklərə sinə gərmək üçün əməli metodlar
İnsanların həyatındakı şadlıq, qəm, rahatlıqlar, çətinliklər, kobudluqlar, yumşaqlıqlar, alçaq və yüksəkliklər bəzilərin həyatında çoxdur və bəzilərininkində azdır. Lakin elə insan tapmaq olmaz ki, həyatı başdan-başa xoşluq içərisində olsun.

O ağac ki, susuz səhrada bitər, budaqları daha sərt olar. Çünki əgər yumşaq və nazik olsaydı, səhra tez alovlanardı və söndürmək də çətin olardı.

Çətilniklər insan varlığını da bu cür sərtləşdirə bilir. İnsanı zəiflikdən uzaqlaşdırır. Rahatlıq və rifah insan şəxiyyətini zəif edər və bu insan çirkinliklərə daha tez bulaşa bilir.

İmam Əli (ə) buyurur: “Çətinliklər insan varlığını möhkəm və müqavimətli edər. Zəif və süstlükdən uzaqlaşdırar. İnsanı dünyanın alçaq istəklərinə boyun əyməkdən qoruyur. İnsana pak olmağa yardım edir. Eləcə də, rahatlıq istəmək insan şəxsiyyətini zəif edər. Onun çirkinliklər ətəyinə süqut etməsini hazır edər”.

Həzrət Əli (ə) həmçinin buyurur: “Bu dünyanın acısı – o biri dünyanın şirinliyidir. Bu dünyanın şirinliyi o biri dünyanın acı olmasıdır”.

İnsan çətinliklərə düşən zaman kamala çatar. İnsan əgər çətinlik görməzsə xamlığı bişməz, zəifliyi qüvvətə çevrilməz, nöqsanı kamala çatmaz. Bu cür insan səbirli olmaz və onun mələkut sifətləri tərəqqi etməz.

İnsanın çətinliklərə qalib gəlməsi üçün səbrə ehtiyacı vardır. İnsan əgər səbirli olarsa çətinliklərin öhdəsindən gələ bilər. Bəs insan öz səbrini necə gücləndirə bilər?

Dünya həyatını tanımaq.

İnsanın səbrini gücləndirən amillərdən biri - insanın dünya həyatını tanımasıdır. Bilməsi ki, bu dünya fanidir və qalıcı deyildir. İnsan ona görə xəlq olub ki, imtahana çəkilsin və kamala çatsın. Allah insanı çətinliklər üçün xəlq etmişdir və heç bir şadlıq qəm olmadan olmaz. Necə ki, Allah Təala Özü buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4).

1. Özünü tanımaq.

Əgər insan özünü Allahdan bilərsə, həmişə səbirli olar. Çünki hər şeyin Allaha məxsus olduğunu bilər.

2. İlahi vədələrə ümid bəsləmək.

İnsan gərək Allahın verdiyi bu vədəyə yəqinlik əldə etsin: “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. (“Şərh” 6).

3. Məhrumiyyətlərin aradan qalxacağına ümid bəsləmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah dünyanı bəla və giriftarlıq evi və axirəti əcr evi qərar vermişdir. Ona görə də dünyanın bəlasını axirətdə savabın və ya əksinin səbəbi qərar vermişdir. Dünya bəlasının axirətdə savabı və mükafatı olar. Dünya tez keçəndir və sürətlə ötüb keçər”.

4. Allahdan yardım istəmək.

Quran buyurur ki, Allah yardım etməzsə, səbir etmək kamil olmaz.

5. Qəza və qədərə iman bəsləmək.

İnsan bilməlidir ki, əlindən gedənlər qayıtmayacaqdır. Ona görə də səbirsizlik etməyin faydası yoxdur.

Beləliklə deyə bilərik ki, insan çətinlik üçün xəlq edilmişdir və ona görə də qəm və qüssə görmədən şadlıq görə bilməz. Ancaq insan səbirli olarsa, həyatın çətinliklərinin öhdəsindən gələ bilər. Bunun üçün isə Allaha söykənməli, Ona ümidvar olub, təvəkkül etməliyik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930