Möminlərin dostluğunun Axirətdə də davam etməsi
Mьəllif: admin1
Tarix: 30-12-2018, 21:26
Möminlərin dostluğunun Axirətdə də davam etməsi
الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ


"O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər." (Zuxruf, 67).

İzah: Yaxşı və uyğun dostluq davamlı və qalıcı dostluqdur. Əksər dostluq və sevgilər zahiri və müvəqqətidir. Yəni onlarda məqsəd davamlı və həqiqi deyil. Gözəllik, sərvət, ehtiras, mənfəətpərəstlik, vəzifə və s. kimi məqsədlər ona müdaxilə edir.

Buna görə də bu aldadıcı təzahürlər öz rəngini itirdikdə dostlar da dağılışır və sevgilər sönür. Quran təkid edir ki, dünyada ilahi yönü, ilahi rəngi olmayan heç bir şey davamlı deyil (Qəsəs, 88).

Buna görə möminlərin bir-biri ilə dostluğu da davamlı olaraq qalır. Çünki məqsəd Allahın razılığını və sevgisini qazanmaqdır. Möminlər Allahın razılığını və sevgisini bütün dostluqlara və sevgilərə tərcih edirlər (Bəqərə, 165).

(Nifrət günü, dostların və qohumların bir-birindən qaçacağı gün olan) Qiyamət günü pəhrizkarlar bir-birləri ilə dost olduqları üçün fəxr edəcək və sevinəcəklər. Bəli! Bu, dost seçmək üçün çox uyğun bir meyardır. Dost seçərkən düşünməliyik ki, Qiyamətdə də onunla fəxr edə biləcəyikmi?

Hədis: İmam Sadiq (ə): “Allah üçün sevən, Allah üçün kin bəsləyən və Allah üçün əfv edənin imanı kamilləşmişdir.” (Kafi, c. 2, səh. 124, hədis: 1).

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031