Böyük alimlərin həyat yoldaşlarına münasibəti
Mьəllif: admin1
Tarix: 1-01-2022, 11:19
Böyük alimlərin həyat yoldaşlarına münasibəti
Ayətullah Pəhlivani böyük əxlaq ustadlarından olmuşdur ki, bizə dəyərli tövsiyələr verir.

Alim buyurur: “Həyat yoldaşınıza təşəkkür edin, baxmayaraq ki, bişirdiyi yemək duzlu və ya duzsuz olsa belə. O zaman ki, onun bişirdiyi yeməkdən razılıq bildirərsiniz, həyat yoldaşınız sevinər. Bu da sizin mənəvi inkişaf etməyinizə səbəb olar.

Bir dəfə cavan olan zaman mən ailəmdə pis rəftar nümayiş etdirmişdim. Məna aləmində mənə deyildi ki, sənin əməllərin 20 il təsirsiz olacaqdır”.

Əllamə Təbatəbainin oğlu atasından nəql edir: “Bu, sənin anandır ki, məni bu yerə gətirib çıxartmışdır. O, mənim şərikimdir. Hər nə qədər kitab yazmışamsa, yarısı onundur”.

Rəhmətlik İmam (r) həccə gedən zaman öz həyat yoldaşına yazır: “Qurbanın olum, səndən ayrı qaldığım bu müddətdə gözümün nurundan və qəlb qüvvətindən məhrum olmuşam. Həmişə sizi xatırlayıram. Gözəl üzünüz qəlb aynamda görünməkdədir. Yüzlərlə heyif olsun ki, əziz məhbubum mənimlə birlikdə deyildir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən məkarim əxlaq və onu gözəlləşdirmək üçün məbus olmuşam”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930