Çətinliklərin baş vermə hikməti
Mьəllif: admin1
Tarix: 24-12-2018, 19:35
Çətinliklərin baş vermə hikməti
Bir gün Loğman oğlu ilə birlikdə səfərə yola düşür. Məqsədi bu idi ki, oğluna səfərin çətinliklərini və vətənin rahatlığını göstərsin. O zaman ki, bir kəndə yaxınlaşdılar, minikləri yol getməkdən imtina edir.

Oğlunun yol getməkdən ayaqları ağrıyır. Yolu davam etməkdən aciz qalırlar. Oğlu atasına yorğunluq və aclıqdan şikayət edir və ağlayır.

Loğman öz hikmətli nəsihətləri ilə ona təsəlli verir. Səhər açılana yaxın uzunqulağa minən bir şəxs gəlir və Loğmanın oğlunu öz miniyinə mindirir. Onlar həmin kəndə yola düşürlər. Kəndə daxil olurlar və görürlər ki, əhalisinin hamısı qətl olunmuşdur.

Məlum olur ki, bir düşmən dəstəsi pusqu qurub və onları gecə yarısı qətl ediblər.

Loğman bu səhnəni görüb deyir: Oğlum, bizim səhrada giriftar olmağımızın hikməti elə bu idi, indi zahir oldu. Əgər miniyimiz yolda dayanmasaydı və sənin ayağın ağrımasaydı, biz də onlar kimi qətl olunacaqdıq”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930