İslamda evlənməyin əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 24-12-2018, 11:26
İslamda evlənməyin əhəmiyyəti
İzdivc – Quranda, İslam mədəniyyətində, əxlaqında və şəriət ehkamında diqqəti cəlb edən məsələlərdən biridir və həm də İslam aləmində mühüm əhəmiyyət kəsb edir.

Gənc oğlan və qızların gələcək taleyini müəyyənləşdirən izdivac (ailə qurluşu) haqqında Rəsuli-Əkrəmin hədislərində və məsum İmamlarımızın rəvayətlərində ibrətamiz tövsiyələr olunur və ciddi xəbərdarlıq edilir.

İzdivac – Quran baxımından

1. "Rum" surəsi, ayə 21: "Allah sizin özünüzdən sizin üçün taylar yaratmışdır ki, onlarla rahatlıq tapasız. Və sizin aranızda dostluq və mehribanlıq qərar vermişdir. Bütün bunlarda təfəkkür sahibləri üçün bir ibrət vardır".

2. "Nur" surəsi, ayə 32: "İçərinizdə ərsiz azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanlrı bir-biri ilə evləndirin. Əgər yoxsuludurlarsa Allah öz kəraməti ilə onları varlandırar. Allah lütfü genişdir və hər şeyi biləndir".

İzdivac – Hədis və rəvayətlər baxımından

İzdivac – İslam dinində insanların tale yükü məsələlərindən ən mühüm olduğu üçün bu haqqda bəhs olunan hədis və rəvayətlərin sayı-hesabı yoxdur. O cümlədən:

1. Rəsuli-Əkrəm (s): "İslamda Allah yanında İzdivac qədər mühüm və bəyənilmiş bir bina yoxdur".

2. İmam Cəfər Sadiq (ə): "Evlənmiş bir şəxsin iki rükət namazı subay adamın 70 rükət namazdan, üstündür".

3. Rəsuli-Əkrəm (s): "Cəhənnəm əhlinin əksəriyyəti dünyadan izdivacsız gedənlərdir".

4. Rəsuli-Xuda (s): "Xüdavəndi-aləm ərşdən dörd qəbildən olan insanları lənətləyir, mələklər də amin deyir. Bunlardan biri o kəsdir ki ki, evlənməkdən boyun qacırır, o məqsədlə ki, oğul-uşaq, külfət dərdi çəkməsin".

5. İmam Mühəmməd Baqir (ə): "Mən sevmərəm dünyanı və onun hər nəyi var o gecə ki, zövcəm olmasın".

6. İmam Cəfər Sadiq (ə) buyurulub: "Rəsuli-Xuda (s) ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi".

7. İmam Cəfər Sadiq (ə) buyurub: "Gəlin köçən evi Allah-Taala sevir".

Böyük ilahi nemət, insanı həyatının və gələcəyinin mayası, ictimai inkişafa təsir edən, ailədə xoşbəxtlik və səadətə səbəb olan amillərdən biri də cinsi yaxınlıqdır (əlaqədir), etiras hissidir.

Belə bir hissiyat hər bir sağlam insanın varlığında mövcuddur və bunsuz həyatdan ləzət almaq mümkün deyil. Çünki bu əvəzsiz ilahi nemət bəşər nəsillərinin başlanğıcı olub, ər və arvad qırılmaz sürətdə bir-birinə bağlayan və ailə mühitini behiştə çevirən amildir.

Yemək-içmək, yatmaq, nəfəs almaq və insan üçün zəruri olan digər amillər təbii bir zərurət olduğu kimi cinsi ehtiyacın da ödənilməsi hər bir şüurlu insanın istəyidir. Həmin məqam çatan zaman onu düzgün sürətdə yerinə yetirmək və insanın ehtiyacını təmin etmək lazımdır.

Bütün cavanların, istər qızlar və istər də oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzuolunmaz çətinliklərlə rastlaşa bilər. Çünki cinsi böhran zamanı onu şəriət qanunları ilə aradan qaldırmaq müyəssər olmazsa, o zaman da narkotik maddələrə meyl salacaq və yaxud da namus və ismətə zidd olan cinayətlərə əl atacaqlar. Dəyanətli, mömin, etiqadlı olmaqlarına baxmayaraq iztirab, narahatlıq və yorğunluq kimi amillərlə qarşılaşacaq, həyatlarını kədər və qəmlə başa vuracaqlar.
(faktxeber)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930