Həqiqi müsəlmanın iki əlaməti
Mьəllif: admin1
Tarix: 19-12-2018, 10:33
Həqiqi müsəlmanın iki əlaməti
İslam Peyğəmbəri (s) buyurmuşdur:

لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ

“İnsanların (iman baxımından) namaz və oruclarının çoxluğu, getdikləri həcc, etdikləri ehsan və gecələri oyaq qalmalarının sayına baxma, əksinə, onları doğru danışıqları və əmanətdarlıqları ilə qiymətləndirin!”

(“Səfinətül-bihar”, c.1, səh.160)

Qısa izah

İslamın bütün ayinlərinin Allah dərgahında öz yeri var və onların hər hansı birini yerinə yetirən əvəzsiz qalmayacaq. Bununla belə, dindarların əməllərində sadiqliyini göstərən ölçülər vardır ki, namaz, oruc, həcc və s. yüksək ali ibadətlər onu müəyyən etməyə qadir deyil. Verilən hədisə əsasən, doğru danışıq və əmanətdarlıqla insan özü və başqalarının dindarlıqda doğruluğunu sınaya bilər.

Bəzən, bir sıra zahiri ibadət və əməllərin çoxluğu sadə adamları çaşdıra bilir və hiyləgər kəslərə fürsət yaradır. Odur ki, kimliyindən asılı olmayaraq, hər kəs əməlləri qarşısında cavabdeh olduğunu sübut etmək və sınaq meydanlarından alnıaçıq çıxmaq üçün, hökmən belə ölçülərlə üzləşməlidir.



Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930