Seyid ibn Tavusun öz oğluna vəsiyyətindən-Cihad bölməsi
Mьəllif: admin1
Tarix: 19-12-2018, 10:31
Seyid ibn Tavusun öz oğluna vəsiyyətindən-Cihad bölməsi
Ey əziz oğlum! Allah cəllə cəlaluh səni nəfsinlə cihada və Allahdan uzaqlaşdıran hər bir kəsə qarşı cihadla şərəfləndirsin. Üstəlik, sənə elə bir qüvvə versin ki, cihad sənin üçün asanlaşsın, Allaha yaxınlaşmaq üçün etdiyin əməllərdən həzz alasan.

Bil ki, əgər cihad ona itaət etməli olduğun bir kəsin hüzurunda sənə vacib olsa, o (Allahın salamı olsun ona) sənə kifayət edər və cihad vəzifələrini sənə öyrədər. Mən də Allahın cihad barədə mənə inayət etdiklərini sənin üçün yazıram və bu qədər mənim üçün bəsdir.

Əgər itaət etməyin vacib olmadığı bir kəsin hüzurunda cihad baş versə, mümkündür bu cihad bütün müsəlmanlar üçün vacib olsun, yaxud İslamın özəyi təhlükəyə düşmüş olsun– hər iki halda bil ki, sənin yanında əziz olan baş, bədən və ruh hamısı Allah tərəfindəndir, Öz lütf və kərəmi ilə onları sənə vermişdir. Sən də onları fəda et. Layiqlisi budur ki, hər bir əziz Onun üçün zəlil olsun.

Bil ki, bütün dünya və hər bir şey onu xəlq edənin, ona vücud bağışlayanın mülküdür. Yaradanın istək və muradı üçün infaq olunan ən yaxşı şey ağılların zəxirələridir.

Cism, ruh və əqli təqdim etməkdə Allahdan daha haqlısı və daha layiqlisi kimdir?! Halbuki, sən və səndə olanlar hamısı Onun sonsuz kərəm dəyrasındandır.

Əgər belədirsə, onda hər vaxt səni Özünə tərəf dəvət etsə, can və malını Onun yolunda əsirgəmə. Çünki əsirgəsən, bir gün Əzrail (ə) və onun köməkçiləri onu səndən alacaq.

Beləliklə, Allah qarşısında xidmət, itaət və təslim şərəfinə nail ola bilməyəcəksən, Onun dininin güclənməsi və böyüklüyü yolunda canını fəda etmək tövfiqi sənin əlindən çıxacaq. Halbuki, bu kimi əməllər Onun yanında çox əziz və hörmətlidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930