QURANDA BEHİŞTƏ AİD 3 SUAL
Mьəllif: admin1
Tarix: 17-12-2018, 20:27
QURANDA BEHİŞTƏ AİD 3 SUAL
İmanlı insanlar hər bir sahədə ali olmağa çalışırlar. Onlar behiştin aşağı təbəqəsi ilə qənaətlənmir və daha yüksək mərhələlərə çatmaq üçün səy edirlər. Baxmayaraq ki, behiştin ən aşağı təbəqəsi belə nemətlərə qərq olmuşdur.

Behiştin qapıları niyə çoxdur?

Həm Quran ayələrindən və həm də hədislərdən belə nəticəyə gəlmək olur ki, behiştin qapıları vardır. Ancaq qapıların sayının çox olması ona görə deyildir ki, hər bir qapıdan girmək üçün müəyyən məqama çatmaq lazımdır. Nə də ona görə deyildir ki, hər bir təbəqənin özünəməxsus qapısı vardır və ya nə də ona görə deyildir ki, qapılar gözəl və çoxdur.

Bu behişt qapıları dünyada olan saray və qəsr qapılarına bənzəmir. Bəlkə qapı deyən zaman dünyada görülən əməl və işlərə işarədir. Belə ki, bəzi hədislərdə oxuyuruq ki: “Behiştin müxtəlif adlarda qapıları vardır. Misal üçün qapı vardır ki, adı mücahid qapısıdır. Mücahidlər cihad etdikləri silah ilə bir yerdə bu qapıdan behiştə daxil olarlar. Mələklər onlara “xoş gəlmisən” deyərlər”.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Bilin: behiştin 8 qapısı vardır ki, onun eni 40 il yol qədərdir”.

Bu hədisdən görmək olur ki, burada adı çəkilən qapı gün ərzində işlətdiyimiz qapı anlayışından fərqli bir şeydir. Maraqlısı budur ki, Quranda oxuyuruq: “Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür”. (“Hicr” 44).

Beləliklə hədislərdən belə nəticə çıxartmaq olar ki, behiştin 8 qapısı vardır, bu da ona işarədir ki, behiştə və səadətə girmək qapısı cəhənnəmə girməkdən daha çoxdur. Yəni Allahın rəhməti də qəzəbindən çoxdur.

Cənnətul məva nə deməkdir?

Cənnətul-məva - behişt mənasındadır. Bəs bu, hansı behiştdir? Təfsirçilər bu məsələdə belə fikirdədir ki, bu, həmin cavidan behiştdir.

O, səmada yerləşir, “Səcdə” surəsinin 19-cu ayəsi buna şahiddir: “Lakin iman gətirib saleh əməllər edənlər üçün «Mə’va» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır”.

Başqa yerdə oxuyuruq: “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).

Amma bəzi təfsirçilər bu mənanı qəbul etmirlər. Çünki ayənin zahirindən görmək olur ki, behişt səmadadır. Bu cavidan behişt deyildir, çünki onun həcmi bütün yer və göy qədərdir.

Ona görə də onu behiştin bir guşəsi kimi təfsir etmişdilər. Bəziləri isə onun bərzəx aləmindəki behişt olduğunu iddia edirlər. Möminlərin və şəhidlərin ruhu müvəqqəti olaraq, ora gedir.

Axırıncı təfsir daha münasibdir. Belə ki, Həzrət Peyğəmbərin (s) meracı haqqında oxayanda görürük o, behiştə də daxil olmuşdu. Ancaq Quran ayələri deyir ki, heç kəs Qiyamətdən əvvəl cavidan behiştə daxil ola bilməz.

Belə ki, ayələrdən oxuyuruq ki, xilas olmuşlar qiyamət günü mühasibə olaraq behiştə daxil olarlar. Şəhidlərin ruhu bərzəx aləmindəki behiştdədir. Çünki onlar da Qiyamət bərpa olmamışdan qabaq cavidan behiştə daxil ola bilməyəcəklər.

Firdovs behiştin ən üstün mənzilgahıdırmı?

Firdovs - behiştin ən üstün yeridir. Quranda deyilir ki, Firdovs saleh əməl sahiblərinin qalacağı yerdir. Burada belə bir sual yarana bilər ki, əgər belədirsə, onda gərək behiştin o biri yerlərində heç kim yaşamasın. Çünki mömindən qeyrisi bura daxil olmaz.

Bu sualın cavabında bu ayəni demək olar: “Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər”. (“Kəhf” 108).

Bu ayənin zahirindən belə başa düşmək olar ki, Firdovs məhz saleh əməl sahiblərinin qalacağı yerdir. Burada qalan insanların üstün sifətləri vardır.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Nə zaman Allahdan behişti istəyirsinizsə, Firdovsu istəyin. Behiştin ən kamil yeridir”.

Təbiidir ki, hər kim bu cür dua edərsə, gərək Firdovsa girmək üçün hazırlığı da olsun. Ən azı kamil insan olmağa çalışsın. Əgər kimsə behiştin ən aşağı təbəqəsinə düşməyi arzulayırsa, deməli həqiqi mömin olmaq üçün bütün səylərini səfərbər etməmişdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031