Allahı yad etmək qəlblərin rahatlıq tapmasına səbəb olur
Mьəllif: admin1
Tarix: 13-12-2018, 11:21
Allahı yad etmək qəlblərin rahatlıq tapmasına səbəb olur
الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Rəd, 28).

İzah: İnsanın həyatda dayanmadan çalışmasının məqsədi davamlı aramlığa və əmin-amanlığa çıxmaqdır. Bəziləri bu məqsədə çatmağı var-dövlətdə və dünyəvi vəzifələrdə görürlər.

Amma tarix göstərmişdir ki, nemətlərin əllərindən çıxma qorxusu rifah içində yaşayanların da həqiqi rahatlığa nail olmasına mane olmuşdur. İnsanın varlıq yönlərinə və aləmlə əlaqəsinə baxdıqda görürük ki, insan həyatının daha çox iztirab və nigarançılığı iman zəifliyindən, Allahın qüdrətinə, hikmətinə və ədalətinə inamsızlıqdandır.

Buna görə də Allahı yad etmək insanın həyatın sərt üzünü gördükdə vahid qüdrət sahibi olan Allaha söykənməsinə və dövranın hadisələr dənizində qərq olmamasına səbəb olur.

Həmçinin, Allahı yad etmək insanda əxlaqi fəzilətlərin inkişafına və günahdan uzaqlaşmasına gətirib çıxarır. Qeyd edək ki, zikr və Allahı yad etməkdə məqsəd Allahın müqəddəs zatına qəlbən diqqət etməkdir. Dillə zikr etmək də onun qisimlərindən biridir.

Hədis: İmam Əli (ə): “Allah yad etmək qəlbləri aydınlaşdırır və könülləri rahatladır.” (Qürərul-hikəm, c. 4, səh. 29, hədis: 5165).
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031