Cisimimizin qidasına ciddi yanaşırıq, amma...
Mьəllif: admin1
Tarix: 10-12-2018, 15:27
Cisimimizin qidasına ciddi yanaşırıq, amma...
İmam Həsən (ə) buyurmuşdur:

عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بطنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ

“Öz cisminin qidası haqda fikirləşən, amma ruhi qidası barədə düşünməyən şəxslərə təəccüb etmək lazımdır. Belələri bədənin narahatlığına səbəb olan yeməklərdən pəhriz etsə də, qəlblərini insanı fəlakətə uğradan ifadələrlə doldururlar.”

(“Səfinətul-bihar”, c.5, səh.301.)

Qısa izah

İmam Həsənin (ə) buyruğuna uyğun olaraq deyə bilərik ki, adətən, camaat öz cismani ehtiyaclarının təmini ilə əlaqədar ciddi və diqqətlidir. Onlar qaranlıq zamanı süfrə arxasında əyləşməz, yuxulu halda yemək yeməz və şübhəli qidalardan pəhriz edər, eyni zamanda, cismin qidasında bütün tibbi qaydaları gözləyirlər. Lakin ruhi və mənəvi qidalara gəldikdə isə, hər cür fikir, əqidə və şübhəli düşüncələri xəbərsiz və qaranlıqda gözübağlı gedərcəsinə qəbul edir və özlərinə dost saydıqları kəslərin yanlış fikirlərini, insanı pisliyə sövq edən mətbuatı, bütün şübhəli və azdırıcı təbliğatı asanlıqla izləyirlər. Belə isə, bu iş olduqca heyrətdoğuran bir işdir.

Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930