Hər bir canlı imtahan olunur. Bəs niyə?
Mьəllif: admin1
Tarix: 10-12-2018, 15:23
Hər bir canlı imtahan olunur. Bəs niyə?
“Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

Allah Təala bəşəri xəlq etmiş və onun bütün ehtiyaclarını təmin etmişdir. Ona batini rəsul vermişdir ki, ağıldır. Onunla səadət və xoşbəxtlik yolunu seçə bilsin. Eyni zamanda zahiri rəsullar da göndərərək, öz risalətini bəşərə tamamlamışdır. Onların vasitəsilə qəsavət bağlamış qəlbləri təmizləmiş və qəflətdən oyatmışdır.

Allah insana həm batini və həm də zahiri rəsullar göndərmişdir ki, həyatın çətin anlarında necə rəftar etməyi ona öyrətsinlər. Eyni zamanda gizli istedadlarını üzə çıxardıb, onları inkişaf etdirsinlər.

Allahın bəndələrinə göndərdiyi imtahan – qəti bir məsələdir. Heç kəsə istisna olmaz.

Bəs bəndələrin imtahan olmasının əsil səbəbi nədir?

Əlbəttə, Allah bütün xəlq etdiyi canlıların hüceyrələrindən də belə, xəbərdardır. İmtahan dedikdə o nəzərdə tutulmur ki, Allah hansısa bilmədiyi şeyi öyrənsin. Xeyr, belə deyildir. İmtahanın əsil səbəbi odur ki, bəşər tərəqqi etsin və sonrakı mərhələyə qədəm bassın.

Bəşər əgər hər imtahanda qalib olarsa, sonrakı imtahana daxil olar ki, əvvəlki imtahandan daha çətin olar.

Ona görə də dualarımızda Allahdan bizi imtahan etməməsini istəmək – bu, bir səhvdir. Əgər dualarımızda həmin imtahanlardan müvəffəq halda çıxmağı istəsək, daha məntiqli olar.

İmam Əli (ə) buyurur: “Sizlərdən heç kəs deməsin ki, Allaha imtahan olmaqdan pənah aparıram. Çünki hər kəsin imtahanı vardır. Əgər Allaha pənah aparmaq istəyirsinizsə, yolunu azdıran imtahanlardan pənah aparın”.

İmtahan – hər bir insanın yaxşı və pis əməllərini üzə çıxardar və hüccəti onun üçün tamamlayar. İmam Əli (ə) buyurur:“Baxmayaraq ki, Sübhan Allah insanların özündən daha çox özlərindən agahdır, ancaq imtahan ona görədir ki, savaba və cəzaya layiq olan əməllər aşkar olsun”.

Bu cür insan Qiyamət günü öz əməl dəftərini görən zaman, artıq etiraz edə bilməyəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031