Bir ayə ilə İslamı qəbul edən alim
Mьəllif: admin1
Tarix: 7-12-2018, 10:37
Bir ayə ilə İslamı qəbul edən alim
1981-ci ildə Fransa Misirdən xahiş edir ki, Fironun cəsədini tədqiq etmək üçün Fransaya göndərsinlər.

Cəsədi Fransanın xüsusi tədqiqat institutuna gətirirlər. Böyük alim və professorlar bu cəsəd üzərindəki araşdırmalarına başlayırlar. Bu professorlardan biri də Professor Maurice Bokai idi. Onun niyyəti Fironun hansı səbəbdən ölməsini aşkar etmək idi.

Üzərində tapılan duzlu maddə sayəsində məlum oldu ki, Firon dənizdə qərq olmuşdur və ondan sonra cəsədini çıxardıb mumiyalamışdılar. Ancaq alimi bu məsələ düşündürür ki, niyə onun cəsədi başqa mumiyalanmış cəsədlərlə müqayisədə daha yaxşı halda qalmışdır?

O, bu sualının cavabını İslam dinində axtarır və Quranın da buyurduğu kimi, onun dənizdə qərq olduğunun bir daha dəlilini tapır.

Quranın bu haqda 1400 il əvvəl xəbər verməsi onu heyrətləndirir.

O, bu barədə Tövrat və İnciliə də müraciət edir, ancaq orada Firon barəsində heç bir məlumat tapmır.

Fironun cəsədini Misirə geri qaytarırlar, ancaq alimin qəlbi rahat olmur. Qərara alır ki, İslam dövlətlərinə səfərə çıxsın.

Müsəlmanlardan birindən xahiş edir ki, onun üçün bu hadisə ilə bağlı ayəni Qurandan oxusun. Həmin müsəlman “Yunus” surəsinin 92-ci ayəsini oxuyan zaman alim çox təsirlənir və halı dəyişir. Bütün bədəni titrəməyə başlayır. Mənəvi hala gəlib, emosional formada deyir: “Mən İslamı qəbul edirəm və bu Qurana iman gətirirəm”.

Bundan sonra Fransaya qayıdır və uzun illər boyu Quran ayələrinin tədqiqi ilə məşğul olur.

“Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər”. (“Yunus” 92).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031