İnsan öz ixtiyarı ilə ruhunu bədənindən çıxarda bilərmi?
Mьəllif: admin1
Tarix: 6-12-2018, 18:18
İnsan öz ixtiyarı ilə ruhunu bədənindən çıxarda bilərmi?
Ruhun bədəndən çıxmasına ölüm deyilir. İstər bu ani olsun, istərsə də uzun zamanlı. Ona görə də bəzən ruhun ixtiyari şəkildə bədənlə əlaqəsinin kəsilməsi də ölüm adlanır, ancaq ixtiyari ölüm. Bəs bu ölümü həyata keçirtməyi hər kəs bacarırmı?

Əlbəttə də ki, xeyr. Bu əməli görmək üçün insanın iman və təqvası o qədər yüksək olmalıdır ki, artıq ruhu bədənə ehtiyac duymaz və onunla əlaqəsini istədiyi zaman bəzən qısa müddətlə də olsa kəsər və mələkut aləminə qalxar. Allahı bəsirət gözü ilə müşahidə edər.

Yəni, insan bu işi öz ixtiyarı ilə yerinə yetirər. Bu məqamı İlahi peyğəmbərlər (ə) vəsilər (ə), ariflər və saliklər əldə etmişdilər.

İxtiyari ölüm ariflər arasında ən çox bəhs olunan mövzulardandır.

Salik bu məqama çatmaq üçün nəfsi istəkləri ilə mübarizə aparar və nəfsini öz quluna çevirər. Özündə nəfsani ləzzət hisslərini öldürər və şəhvət hissini zəiflədər. Belə bir ölüm Allah saliklərinə məxsus bir ölümdür ki, bu işi dəfələrlə yerinə yetirərlər. Nəticədə İlahi qürb məqamına yaxınlaşar və yeni kamal sifətlər əldə edərlər.

Qurani-Kərim buyurur: “Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm»”. (“Əraf” 143).

Həzrət Musa (ə) Allahı dünya gözü ilə görmək istəyir. Ancaq bu ayədən də göründüyü kimi, buna müvəffəq olmur və bu əqidənin yanlış olduğunu başa düşüb, tövbə edir.

Əgər hədislərimizə nəzər salsaq görərik ki, Əmirəl-möminin (ə) dəfələrlə bu məqama çatmışdır. Bu əməl onun üçün adi bir iş idi. Həzrət Fatimə (s.ə) də bu əməlin onun üçün adi olduğunu etiraf etmişdir.

Mərhum Ayətullah Mirzə Cavad Tehrani ağa buyurur: “Bu cür ölümdə ruh bir libas kimidir və istədikləri zaman libaslarını bədənlərindən çıxarda bilirlər. Sonra da kənarda dayanıb öz maddi bədənlərini müşahidə edə bilirlər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031