Ayətulla Xamenei: Namaz cəmiyyəti söz və əməldə islah edir və inkişaf etdirir
Mьəllif: admin1
Tarix: 5-12-2018, 12:07
Ayətulla Xamenei: Namaz cəmiyyəti söz və əməldə islah edir və inkişaf etdirir
“Xuşu və huzurla qılınan namaz cəmiyyəti söz və əməldə islah edir və inkişaf etdirir.”

Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, bu sözlər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei XXVII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə yer alıb.

Ayətullah Xameneinin müraciətinin mətni bu gün səhər Simnan şəhərində keçirilən Ümumrespublika Namaz Konfransında Ali Rəhbərin Simnan şəhər üzrə nümayəndəsi höccətül-islam Şahçiraği tərəfindən oxunub.

Ali Rəhbər Ayətullah Xameneinin müraciətinin tam mətni:
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ümumrespublika Namaz Konfransı bir tərəfdən bütün digər əməl və vacib işlərə ruh verə biləcək və həmin işləri səmərəli edə biləcək bir əməlin haqqını yerinə gətirməyin bir nişanəsidir. “İn qubilət qubilə masivaha” - Əgər namazımız qəbul olarsa, başqa əməllərimiz də qəbul olar. Digər tərəfdən bu ilahi nemətin haqını tanımayan və namaz qılmaqda səhlənkarlıq edən şəxslər üçün böyük bir xidmətdir.

Xuşu və huzurla qılınan namaz cəmiyyəti söz və əməldə islah edir və inkişaf etdirir. Bizim giriftarçılıq və çirkinliklərə yoluxmağımızın böyük əksəriyyətinin səbəbi bu həqiqətə diqqət etməməyimizin nəticəsidir. Bu baxımdan bütün təsir vasitələrindən istifadə edərək namazın yayılması bizim hamımızın böyük öhdəliklərindəndir.

Siz, Ümumrespublika Namaz Konfransının təşkilatçıları, xüsusilə mücahid və ixlaslı alim Höccətül-İslam cənab Qiraəti, bu böyük ilahi lütfün qədrini bilin. Təhsil Nazirliyi bu sahədə daha səmərəli işlər görə bilər. Məktəbləri yeniyetmələrin namaz qılması ilə bəzəyin. Bu cəmiyyətin sağlam gələcəyi üçün ən yaxşı təzminatdır”.


Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930