Allah Təala İblisi (lən) nə üçün xəlq etmişdir?
Mьəllif: admin1
Tarix: 7-11-2022, 10:31
Allah Təala İblisi (lən) nə üçün xəlq etmişdir?
Bir çoxları bu sualı verir ki, şeytan ki, insanın qatı düşmənidir, niyə Allah belə bir məxluqu xəlq etmişdir?

Bu sualın cavabında gərək deyək ki, Allah İblisi (lən), şeytan olaraq xəlq etməmişdi. O, cin nəslindən idi və ibadət, itaət sahəsində mələklər onu özlərinə yaxın hesab edirdilər. Ancaq o, öz azadlığından sui-istifadə edib, üsyan etməyə başlayır. Beləliklə, İblis (lən) xilqətinin əvvəlində pak olmuşdur. Yolunu azması öz arzu və istəyi ilə olmuşdur.

Başqa bir tərəfdən isə, şeytanın (lən) varlığı insan üçün heç də ziyanlı deyildir. Mahiyyətcə, onun inkişaf və tərəqqi etmək mənbəyidir. Çünki şeytan insanın cövhərini üzə çıxardır və kimin mömin, kimin kafir, kimin münafiq olduğunu aşkar edir.

İnsan əgər bu cür güclü düşmənlə üzləşməsəydi, heç bir zaman öz gizli istedad və qabiliyyətlərini üzə çıxartmaz və kamala çatmazdı. Bu güclü düşmən onu təhrik edir və insanı daha çox səy göstərməyə vadar edir. Nəticədə də insan ya tərəqqi edir, ya da məğlub olur.

“Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız».

Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır.

(Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir)”. (“Bəqərə” 35-36).

“(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər:

«Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz.

Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930