Rahatlıq və aramlıq Allah zikrinin nəticəsidir!
Mьəllif: admin1
Tarix: 23-11-2018, 10:26
Rahatlıq və aramlıq Allah zikrinin nəticəsidir!
Qurani-Kərim və rəvayətlərdə zikr məsələsinə həddən artıq çox toxunulub və onun daha da əhəmiyyəli olduğundan söz açılıb. Misal olaraq, dinin sütunu olan namazın hədəfi Allah zikri hesab olunub. Belə ki, buyurulur:

وَأَقِمِ الصَّلوةَ لِذِكْرِي

“Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!“ (“Taha“ surəsi, ayə 14.)

وَأَقِمِ الصَّلوةَ إِنَّ الصَّلوةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ

“Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.“ (“Ənkəbut“ surəsi, ayə 45.)

Əlbəttə təfsirçilərin “وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ” (Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür) cümləsi barədə müxtəlif nəzərləri vardır. Bəzilərinin qeydlərinə görə, bu cümlədə məqsəd budur ki, namazın zikr olan hissələri digər hissələrindən üstündür. Digər təfsirçilərin nəzərinə görə, bu cümlə zikrin namazdan üstünlüytünü çatdırır. Üçüncü dəstə təfsirçilərin əqidəsinə görə isə, bu cümlədən başa düşülür ki, namaz zikr hesab olunduğundan, digər əməllərdən üstündür. Amma hər halda Allah-Taala bu ayədə zikri qeyd-şərtsiz üstün qərar verib. Zikrin bu qədər əhəmiyyətli olması onun səmərə və faydalarını aşılayır.

Allahı zikr və yad etməyin faydalarından biri kimi qəlbin aram və rahatlıq tapmasıdır. Bu barədə Qurani-Kərimdə buyurulur:

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!“ (“Rəd“ surəsi, ayə 28.)

Ayədə “بِذِكْرِ اللّهِ” (Allahın zikri ilə) ifadəsinin öndə gətirilməsi ərəb ədəbiyyatına görə məhdudluğu çatdırır və buna əsasən, ayənin tərcüməsi belə olmalıdır: “Bilin ki, Allah zikrindən başqa heç bir şey qəlbin rahatlıq və aramlığına səbəb olmur.“ Deməli, rahatlıq və aramlıq Allah zikrində məhdudlaşıb. Bəzən, biz bu mənanı Allah buyurduğu üçün düşünmədən qəbul edirik. Bəzən isə tədqiq etmə nəzəri ilə bu ayənin mənasına baxırıq və ətraflı fikirləşib əqli dəlillərlə bəyan olunan mənanı isbat etməyə çalışırıq. Bu məqsədə çatmaq üçün öncə hansı işlərin həyatda fikir qatışıqlığına, nigarançılığına və qəm-qüssəyə səbəb olmasını bilməliyik, ta Allah yadının necə qəlbin aramlığına səbəb olmasını bilək.

Səadətə çatmağın yollarını axtarmaq, kamilliyə yetmək fitrətin tələblərindəndir və şübhəsiz, hər insan səadət və kamilliyə çatmaq istəyir. Bu səbəbdən Qurani-Kərim insanları xeyir əməllərə və ibadətə həvəsləndirərkən çox ayələrdə bu əməllərin nəticəsini əbədi səadətə çatmaqla qiymətləndirir. Əbədi səadət bəşəriyyətin ən ali məqsədlərindəndir. Qurani-Kərim bir çox ayələrində bu ifadələrdən istifadə edib:

«اولئک هم المفلحون»....«ذالک الفوز العظيم»

“Onlardır səadətə yetənlər.“ “Böyük səadət budur.“

İnsan fitrətinə uyğun olan bu həqiqətləri nəzərə alaraq Allah-Taala insanları iki dəstəyə bölüb: xoşbəxtlər və bədbəxtlər. Allah-Taala buyurur:

يَوْمَ يَأْتِ لاَ تَكَلَّمُ نَفْسٌ إِلاَّ بِإِذْنِهِ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ فَأَمَّا الَّذِينَ شَقُواْ فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاءَ رَبُّكَ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاءَ رَبُّكَ عَطَاءً غَيْرَ مَجْذُوذٍ

“(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir. Rəbbinin istədiyi (iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin istədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.“ (“Hud“ surəsi, ayə 105-108.)

Deməli, insanın fitri cəhətdən səadət istəkli olmasında şəkk yoxdur. Əsas etibari ilə, bu fitri istək kamilliyə çatmağa meyillənməyə səbəb olur. Amma söz bundadır ki, səadətə çatmağın yolu nədir, insan öz xoşbəxtliyini bədbəxtliyindən necə ayıra bilər? O səadətə çatmaq istəsə də, amma ona düz olan yolla çatmağın qaydasını bilmir. İnsanların müxtəlif dünyagörüşlü və onların həyata baxışlarının fərqli olması müxtəlif yolayırıcında qalmalarına səbəb olur. Dünya ləzzətlərini öz həyatlarında əsl hədəf hesab edənlər insanın səadətini onun bu maddi ləzzətlərdən daha artıq istifadə etməsində görürlər. Amma ilahi baxışları olanlar isə axirət yaşayışını və Allaha yaxın olmağı insanlara əsl hədəf kimi tanıtdırır, kamilliyi və səadəti Allaha yaxın olmaqda və behiştə çatmaqda axtarırlar.

Hər halda, Quran baxımından Allah zikri insanın səadətini təmin etdiyi üçün arxayınlığa və xatircəmliyə səbəb olur. Əksinə Allah yadını tərk etmək bədbəxtçiliyə və insanın öz əslindən ayrılmasına şərait yaratdığı üçün səadətini əldən verməsi ilə nəticələnəcək və onun narahatçılığına, ruhi sıxıntısına və fikrinin qatışıq olmasına səbəb olacaqdır:

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا

“Hər kəs Mənim zikrimdən üz döndərsə, həqiqətən, onun güzəranı daralar.“ (“Taha“ surəsi, ayə 124.)

Hər kəs Allah zikrinin əhəmiyyətini bilsə, Allah yadından üz çevirməyin nə qədər böyük zərər olmasını çox gözəl dərk edər. Əgər bu həqiqəti dərk etsək ki, insan qəlbinin həyatı Allah zikri ilə bağlıdır, biləcəyik ki, Allah zikrindən üz çevirənlər öz qəlblərinin həyatından məhrum olublar. Belə şəxslər qəlblərinin solğunluğu və öz mənəvi həyatlarını məhv etmələrinə görə hər an narahat olur və həsrət hissləri keçirirlər. İmam Səccad (ə) “Əbu Həmzə Somali” duasında Allah-Taalaya xitabən deyir:

مَوْلاىَ بِذِكْرِكَ عَاشَ قَلْبى وَ بِمُناجاتِكَ بَرَّدْتُ أَلَمَ الْخَوْفِ عَنّ

“Ey mənim mövlam! Səni yad etməklə qəlbim dirilir və Səninlə münacat etməklə qorxu hissim (Səndən ayrılmaq qorxum) təskinlik tapır.“ (“Onun zikri”, Ayətullah Misbah Yəzdi, səh.70-73.)

Hazırlardı: Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930