Məşhur alimlərin həyata keçmiş yuxuları
Mьəllif: admin1
Tarix: 28-11-2022, 10:20
Məşhur alimlərin həyata keçmiş yuxuları
Həmədanın tanınmış alimlərindən olan Məhrum Axund Molla Əli, Tehranın böyük alimlərindən olan Ağa Mirzə Əbdülnəbi haqqında belə nəql edir:

“Alim deyirdi ki, o zaman ki, Samirrada idim, Mazandarandan mənə hər il yüz tümən göndərərdilər. Bu səbəbdən o pul gələnə qədər borc alardım və gələn zaman borclarımı geri qaytarardım.

Bir il mənə xəbər verdilər ki, bu il məhsul çox pis olmuşdur. Ona görə də pul göndərə bilməyəcəklər. Çox narahat oldum və bu halda yatdım.

Həzrət Peyğəmbəri (s) yuxuda gördüm ki, məni səsləyir: “Filankəs! Yuxudan ayıl və filan şkafı aç. Orada olan yüz tüməni götür”.

Yuxudan ayıldım və bir az keçməmiş evimin qapısı döyüldü. O zamanın mərcəyi təqlidi olan Mirzə Şirazi mənim ardımca adam göndərmişdi ki, onun yanına gedim.

Mən çox təəccübləndim. Gedən zaman gördüm ki, öz otağında əyləşmişdir. Mənə baxıb buyurdu: “Mirzə Əbdülnəbi! O şkafın qapısını aç. Orada olan yüz tüməni götür”.

Bu zaman yuxum yadıma düşdü. Bu hadisədən çox heyrətləndim. İstədim ki, bir şey deyim, ancaq hiss etdim ki, onun danışmağa meyli yoxdur. Pulu götürüb otağı tərk etdim”.

Etimad etdiyim dostum nəql edir: “Mərhum Təbrizinin bir övladı var idi. Sağ əlində narahatçılığı var idi. Çox əziyyətlə əlində qələm tuta bilirdi. Müalicə üçün övladını Almaniyaya aparır.

Alim nəql edir: “Gəmidə olan zaman yuxuda gördüm ki, anam dünyasını dəyişmişdir. Təqvimi açdım və yuxu gördüyüm günü və saatı qeyd etdim.

Müalicədən sonra geri qayıtdım və qohumlarım məni qarşılamaq üçün gəlmişdilər. Gördüm ki, əyinlərinə qara paltar geyiniblər. Yuxum tamamilə yadımdan çıxmışdı.

Mənə xəbər verdilər ki, anam vəfat etmişdir. Bu zaman yuxum yadıma düşdü. Anamın vəfat gününü soruşdum və mənə yuxuda gördüm günü və saatı dedilər”.

Böyük İslam alimlərindən olan Seyyid Qətəb “Fi zilali Quran” təfsirində “Yusif” surəsinin təfsirindən sonra yazır: “Əgər mən yuxuda baş verənləri inkar etsəm, Amerikada olan zaman gördüyüm yuxunu necə inkar edə bilərəm ki?

Mən orada olan zaman yuxuda gördüm ki, bacım oğlunun gözünün içi bütün qan olmuşdur və heç nəyi görə bilmir. Mən bu yuxudan çox təsirləndim. Tez bir zamanda Misirdə olan ailəmə məktub göndərdim.

Bacım oğlunun gözünü soruşdum. Az keçmədi ki, məktubun cavabı gəldi və orada yazılmışdı: “Onun gözü daxili qanaxmaya düçar olmuşdur. Hal-hazırda müalicə ilə məşğuldur”.

Daxili qanaxma elə xəstəlikdir ki, onu gözlə görmək olmur, ancaq həkim cihazları onu müəyyən edə bilirlər. Hər halda bu uşaq görmə qabiliyyətini itirmişdi və yuxum doğru çıxmışdı”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930