Övladı necə tərbiyə etmək? – Məsumların (ə) mübarək buyuruşları
Mьəllif: admin1
Tarix: 28-10-2022, 11:08
Övladı necə tərbiyə etmək? – Məsumların (ə) mübarək buyuruşları
Övlad tərbiyəsi valideynin ən böyük vəzifələrindən biridir. Hər bir valideyn övladını saleh və cəmiyyətə fayda verən görmək istəyər. İstəyər ki, övladı tərbiyəli və saleh insan kimi yetişsin. Bu sahədə də Məsumların (ə) kəlamına müraciət edək və onlardan ibrət dərsləri alaq.

İmam Əli (ə) buyurur: “Uşaqlar yeddi il azaddırlar. Yeddi ilə ədəb və diqqətdədirlər. Sonrakı yeddi ili xidmətdə və yavərdədirlər”.

İmam Sadiq (ə) buyurur: “Uşaqlar yeddi il oyun oynayarlar. Yeddi il yazmaq və oxumaq öyrənərlər. Yeddi il isə həyatın halal və haram qanunlarını öyrənərlər”.

İmam Əli (ə) buyurur: “Övladlarınızı öz adət və ədəblərinizə məcbur etməyin. Çünki onlar sizin zamanınızdan qeyrisi üçün xəlq olublar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Körpələrinizi ağladıqları üçün döyməyin”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən gözəl adlar Abdullah, Əbdürrəhmandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman övladınızın adını Muhəmməd qoysanız, ona hörmət edin. Ona üzünüzü turşutmayın”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Övladın atası üzərindəki üç haqqı bunlardır: ona yaxşı ad qoysun, yazmağı ona öyrətsin, həddi-büluğa çatan zaman onu evləndirsin”.

İmam Səccad (ə) buyurur: “Sənin övladının haqqı bunlardır: ona başçılıq etməkdə məsuliyyətlisən ki, ona yaxşı ədəb verəsən və Allaha tərəf hidayət edəsən. Ona (Allaha) itaət etməkdə, sənin və özünün vəzifələrinə görə ona yardım edəsən”.

Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun axırəz-zamandakı övladlara atalarının əlindən!”. Həzrətə (s) sual verirlər: “Ya Rəsulallah! Müşrik atalarının əlindən?”.

Həzrət (s) buyurur: “Xeyr, bəlkə mömin atalarının əlindən ki, onlara heç bir vacibatı öyrətməzlər. O zaman ki, övladları özləri öyrənmək istəyərlər, onları saxlayarlar. Onun qarşılığında isə dünyanın ən kiçik bəhrəsinə sevinərlər. Mən bu cür atalara biganəyəm və onlar da mənə biganədirlər”.

Həzrət Rəsulallah (s) buyurur: “Hər kim öz övladını öpər, Böyük Allah onun üçün yaxşı əməl yazar. Hər kim övladını sevindirər, Allah da Qiyamət günü onu sevindirər. Hər kim övladına Quran öyrədər, (Qiyamət günü) o övlad, ata və anası ilə birlikdə çağırılar ki, o ikisinin əyninə iki libas geyindirilsin, belə ki, behişt əhlinin üzü onun nurundan parlayar”.

İmam Əli (ə) buyurur: “Övladlarınıza elə şeylər öyrədin ki, Allah o şeylərlə onlara fayda çatdırsın”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930