Böyük hicrət – İslam Peyğəmbərinin (s) Mədinəyə daxil olması
Mьəllif: admin1
Tarix: 19-11-2018, 10:23
Böyük hicrət – İslam Peyğəmbərinin (s) Mədinəyə daxil olması
Bu gün hicri təqvimi ilə rəbul-əvvəlin 11-dir. Rəbiul-əvvəlin ilk günlərində Məkkədən ayrılan peyğəmbər (s) bu günlərdə Mədinə şəhərinə yetişir.

O Həzrəti Mədinədə böyük izdiham qarşılayır. İnsanlar böyük intizar içində idilər. Allahın sonuncu ulul-əzm (şəriət sahibi) peyğəmbəri onların şəhərinə şərəf verəcəkdi.

Onlar bir neçə il peyğəmbərlə (s) bir şəhərdə yaşamaq, o Həzrəti mühafizə etmək şərəfinə yetişəcəkdilər. Əhali böyük həyacanla peyğəmbəiri gözləyirdi.

Mədinə əhli böyük sevinc və izdihamla peyğəmbəri (s) qarşılayır. Hər kəs o Həzrəti (s) evinə aparmaq, böyük şərəfə sahib olmaq istəyirdi. Lakin vəhy əsasında təyin edilmiş yerdə peyğəmbərə ev tikilir, bunulada Mədinədə mübarək məscidin əsası qoyulur.

Quranda bir necə yerdə hicrət haqqında ayələr vardır. Bu ayələrdən biri də “Ənfal” suarəsinin 30-cu ayəsidir:

"Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır."

Məkkəlilər peyğəmbəri (s) qətlə yetirmək istəyirdilər, lakin Allahın izn və yardımı ilə peyğəmbər (s) Məkkəni tərk edir və Mədinə şəhərinə hicrət edir (köçür).

Bu köç (hicrət) yeni tarixin, yeni eranın başlanğıcı idi!

Bu tarix peyğəmbər (s) zamanında rəsmi şəkildə təyin olunmasa da, ikinci xəlifə zamanında rəsmiləşir və yeni hicri ili kimi təyin edilir.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930