Əgər mədənin ağrımağını istəmirsənsə...
Mьəllif: admin1
Tarix: 15-11-2018, 15:07
Əgər mədənin ağrımağını istəmirsənsə...
İmam Rza (ə) buyurur: “Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”.

Mədənin insanın üzərində olan haqqını tanıyaq.

İmam Səccad (ə) buyurur: “Mədənin sənin üzərində olan haqqı odur ki, onu haram şeylərin qabı – istər az olsun, istərsə də çox – qərar verməyəsən. Bəlkə halal şeylərdə də qənaət edəsən və ehtiyacın olan qədərini istifadə edəsən”.

Balıq yeməyin isə insana xüsusi faydası var.

İmam Kazım (ə) buyurur: “Ət yemək, bədəndə ətin əmələ gəlməsinə səbəb olar. Ancaq balıq yemək bədənin ətini əridər və cismi arıq edər”.

Aclıq – nəfslə mübarizədə ən yaxşı yardımdır.

İmam Əli (ə) buyurur: “Aclıq – nəfsi əsarətə almaq və pis adətləri sındırmaq üçün ən yaxşı yardımdır”.

Şeytanın (lən) yolunu aclıqla bağlayın.

İmam Əli (ə) buyurur: “Şeytan, Adəm övladının qanında axmaqdadır. Onun keçid yollarını aclıq və susuzluqla daraldın”.

İnsanın xoşbəxtliyi də əzalarına nəzarətlə əlaqəlidir.

İmam Səccad (ə) buyurur: “İnsanın səadət və xoşbəxtliyi – bədən üzvlərini və əzalarını hər cür çirkin əməldən qorumaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031