Nə edək ki, İlahi münacatdan ləzzət alaq?
Mьəllif: admin1
Tarix: 13-11-2018, 21:06
Nə edək ki, İlahi münacatdan ləzzət alaq?
İnsanın zahiri hiss orqanları olduğu kimi, batini dərk qüvvələri vardır. O zaman ki, bir şey bizim sevdiyimiz və arzu etdiyimizdirsə, o zaman ona diqqət edər və onun varlığından ləzzət alarıq.

İbadət – bəndəlik və pərəstiş deməkdir. Bəndə o zaman ibadətindən ləzzət alar ki, Məbudunu yaxşı tanıyar və Ona tərəf can atar.

Bəs bunun üçün nə lazımdır?

Ruhun sağlam olması və ləzzəti dərk etmək.

Həyatımız boyu dəfələrlə olub ki, xəstələnmişik və yeməklərin dadı bizə olduğundan daha ləzzətsiz gəlibdir. İbadət mövzusunda da belədir.

O zaman ki, ruhumuz maddiyyatla və dünya ilə bağlı olar, həqiqi ibadətin ləzzətini dərk edə bilməz.

Bəs nə edək ki, münacatın ləzzətini dərk edə bilək?

1. Təfəkkür. Özün və İlahi nemətlər haqqında düşünməlisən. Allahın qüdrətini və elmini dərk etməlisən. Bir sözlə, Allahı tanımağa çalışmalısan.

2. Vacibatları yerinə yetirmək və günahı tərk etmək. Əvvəl də dediyimiz kimi, əgər münacatın ləzzətini hiss etmək istəyiriksə, gərək ruhumuz sağlam olsun və günah ona sirayət etmiş olmasın. Ona görə də istiğfar və tövbə edərək, ruhumuzu paklayaq və saleh əməllər vasitəsilə ləzzəti dərk etməsinə yardım edək.

3. Məadı yada salmaq. Ölümü yada salmaq dünyanı insanın gözündə dəyərsiz edər və Allaha doğru hicrət etdirər.

Bu deyilənlərlə yanaşı, bizim batini dərk qüvvəmizə təsir edən xarici amilləri də tanıyaq.

1. Dostların bizim fikir və əqidəmizə birbaşa təsiri vardır. Ona görə də dost olduğumuz insanlara diqqət edək.

2. Qəlb elə bir yerdir ki, həmişə müəyyən işləri yerinə yetirmək üçün hazırlıqlı olmur. Qəlb ibadətə və münacata hazır olan zaman onu yerinə yetirəndə, ondan daha çox ləzzət almaq olur. Əlbəttə bu deyilənə vacibatlar aid deyildir, söhbət müstəhəb ibadətlərdən gedir.

3. Moizələrə qulaq asmaq, ariflərin nəzərlərini mütaliə etmək insana mənəvi ab-hava verər. Belə bir ruh ibadətdən ləzzət alar.

4. Belə bir məqama çatmaq üçün dua etmək və Məsumlara (ə) təvəssül etmək lazımdır.

O zaman ki, eşq insan qəlbinə daxil olar, Məşuqdan qeyrisini düşünə bilməz. Aşiqin qəlbi dünyadan uzaq olar. Hər kim ibadət və münacatın ləzzətini dadar, başqa ləzzətlər onun nəzərində çox kiçik olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930