Kafirin də əmanətinə xəyanət etmək olmaz
Mьəllif: admin1
Tarix: 12-11-2018, 15:33
Kafirin də əmanətinə xəyanət etmək olmaz
Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə, öz əmanətlərinizə (xalqın və Yaradanın əmanətlərinə) xəyanət etməyin”. (“Ənfal” 27).

Bu ayə haqqında nəql edirlər ki, müsəlmanlar Peyğəmbərin (s) əmri ilə Bəni-Qərizə yəhudilərini mühasirəyə alan zaman onlar sülh bağlayıb, Şama köçməyi təklif edirlər. Peyğəmbər (s) bu təklifi qəbul etmir.

Həzrət Rəsuli-Əkrəm (s) Səyid ibni Məazı vasitəçi olmaq üçün məmur edir. Səyidlə birlikdə hərəkət edən müsəlmanlardan biri ki, adı Əbu Ləbabə idi və yəhudilər ilə dost idi, onlara boğazını işarə verdi və başa salmağa çalışdı ki, əgər Səyidin sözünü qəbul etsəniz, hamınız öləcəksiniz.

Cəbrayil (ə) də bu işarəni Peyğəmbərə (s) xəbər verir.

Əbu Ləbabə bu xəyanətdən xəcalət çəkib, özünü Peyğəmbər (s) məscidinin sütununa bağlayır. 7 gün heç nə yeyib içmir. Nəhayət, Allah onun tövbəsini qəbul edir.

Quran mədəniyyətində əmanətin böyük əhəmiyyəti vardır. Bütün əxlaqi, siyasi və iqtisadi sahələ şamil edilir. O cümlədən:

1. Bütün maddi və mənəvi nemətlər: məktəb, Quran, rəhbər, övlad, su, torpaq...

2. Peyğəmbər (s) və Əhli-Beyti (ə).

3. Özümüz özümüz üçün əmanətik.

4. Qənimətlər, zəkat, xüms, ümumi mallar.

5. İmam Baqir (ə) buyurur: “Dini əhkam, İlahi vacibatlar – əmanətdir”.

6. Vəzifə və məsuliyyət.

Ona görə də Allahın, Peyğəmbərin (s) əmrinə itaət etməmək və boynuna düşən vəzifələri yerinə yetirməmək – əmanətə xəyanətdir. İbni Abbas deyər: “Hər kim İslami göstərişlərindən nəyisə tərk edərsə, bir növ Allaha və Peyğəmbərə (s) xəyanət etmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əmanətə xəyanət edər – münafiqdir. Baxmayaraq ki, oruc tutsa və namaz qılsa belə”.

Əmanətə xəyanət etməmək – insanın əsil vəzifələrindəndir. Ona görə də müsəlman olmayanların əmanətinə belə, xəyanət etmək olmaz.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Xəyanət imanla bir yerdə tutmaz. İmanı olan insan əmanətdar olar.

2. Bəzən düşmənə bir işarə vermək belə, xəyanət hesab olunar.

3. Hərbi sirləri ifşa etmək xəyanətdir.

4. Peyğəmbərə (s) xəyanət etmək – Allaha xəyanət etməkdir.

5. Allaha və Peyğəmbərə (s) xəyanət etmək – özünə xəyanət etməkdir və ziyanı insana çatar.

6. Xəyanət etmək – fitri olaraq çirkin bir işdir.

7. Agah halda xəyanət etmək çox təhlükəlidir. Çünki həm xəyanətin çirkin olduğunu bilər, həm də onun pis nəticələrindən agah olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930