İnsaflı olmaq nə deməkdir?
Mьəllif: admin1
Tarix: 11-11-2018, 22:36
İnsaflı olmaq nə deməkdir?
Çox zaman insanlar bir-birlərinə deyirlər ki, insaflı olun. Bəs bu sözün mənası nədir? İnsanlar nəyi nəzərdə tuturlar?

İnsaf elə bir kəlmədir ki, ədalət və ehsan mənasını verir. Yəni, zülm və təcavüz sözünün antonimidir. Yəni, dinin buyurduğu hökmlərin ardınca getməkdir, nəfsi istəklərin deyil.

İnsaf – yəni Quran. İnsaf – yəni Peyğəmbərin (s) sünnəti. Quran buyurur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai)ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).

İmam Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: “Allah qohumlara qarşı ədalət və ehsana göstəriş verir, fəhşanı, çirkin əməlləri və zülmü qadağan edir ki, nəsihət alan olasınız”.

İmamın (ə) bu ayədə təfsir etdiyi ədalət sözünün mənası insafdır. Ehsan dedikdə isə bəxşişi nəzərdə tutur.

Ona görə də deyə bilərik ki, insaflı olmaq dedikdə, ədalətli olmaq nəzərdə tutulur.

Bəs kimlər insaflı insanlar sayılır?

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “O şeyi ki, özün üçün bəyənmirsən – başqaları üçün də bəyənmə. O şeyi ki, özün üçün istəyirsən – qardaşın üçün də istə”.

Beləliklə, insaf sifəti o əməldir ki, insanlara qarşı səbrin qəzəbinə, razılığın narazılığına, fədakarlığın fürsət axtarmağa, başqalarının mənfəəti öz mənfəətinə qalib gəlsin.

O şeyi ki, özün üçün istəyirsən və bəyənirsən, onlar üçün də bəyənəsən. Onlarla elə rəftar edəsən ki, səninlə də o cür rəftar edilməsini istəyərsən. Bəli, budur həqiqi insaf.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930