Şeytanın vəsvəsələrindən uzaq olmağı istəmək
Mьəllif: admin1
Tarix: 28-11-2021, 10:26
Şeytanın vəsvəsələrindən uzaq olmağı istəmək
وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ

"De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”" (Muminun, 97-98).

İzah: Şeytanın vəsvəsələrindən xilas olmaq üçün Allaha sığınmaqdan başqa bir yol yoxdur. Şeytan insanların aşkar düşmənidir və onları doğru yoldan azdırmağa and içmişdir. Bu qatı düşmən həm güclü vasitələrə və orduya, həm görünməmək və s. kimi xüsusi bacarığa malikdir, həm də hamını aldatmaq yollarını mükəmməl bilir. 4

Bütün bunlara nəzərən insanın belə bir düşmənə məğlub olması mütləqdir. Ona bir halda aldanmaya bilər ki, Şeytanın insana təsirinə mane olacaq və onu həlak olmaqdan xilas edəcək bir gücə sığınsın. Bu zaman Şeytanın şərindən Allaha sığınmaq mövzusu açılır. Yuxarıdakı ayə bu məzmuna malik bir duadır.

Hədis: İmam Səccad (ə): “İlahi, məni azdıran bir düşməndən, yoldan çıxaran, ürəyimi vəsvəsələrlə dolduran, zəhərli təhrikləri qəlbimi əhatə edən, nəfsani istəklərimə yardım edən Şeytandan Sənə şikayət edirəm.” (Biharul-ənvar, c. 94, səh. 143, hədis: 21).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930