İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?
Mьəllif: admin1
Tarix: 9-11-2018, 19:09
İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?
Əgər tarixə nəzər salsaq, görərik ki, İslam Peyğəmbəri (s) heç bir zaman bütlərə səcdə etməmişdir. Bəs Həzrət (s) hansı dində idi?

Bu mövzu haqqında alimlərin nəzəri müxtəlifdir. Belə ki, bəzilərinin nəzərinə görə Peyğəmbər (s) besətdən əvvəl Həzrət İbrahim (ə) dininin davamçısı idi. Çünki, Həzrət İbrahim (ə), “Peyğəmbərlərin (ə) atası” adını almışdır. Bəzi Quran ayələri də İslam dinini, İbrahim dini kimi tanıtmışdır.

Amma daha mötəbər mənbələrə istinadən bildirilir ki, Həzrət Peyğəmbər (s) Allah tərəfindən tərbiyə olmuş insan olduğu üçün bütün əmr və göstərişləri birbaşa Allahdan alırdı. Əslində özünəməxsus bir dinə malik idi, o zamana qədər ki, İslam dini ona nazil oldu.

Bu deyilənlərə şahid olaraq, “Nəhcul-bəlağə”də nəql olunan hədisi göstərmək olar ki, buyurulur: “Allah o zaman ki, Peyğəmbəri (s) süddən ayırdı, ən böyük mələyini onun munisi etdi ki, gecə və gündüz onu məkarim və gözəl əxlaqa tərəf sövq etsin”.

Heç bir tarixi mənbədə zikr olunmamışdır ki, Həzrət Rəsuli-Əkrəm (s) yəhudi və ya xristian dininə uyğun ibadət etmişdir. O Həzrət (s) heç bir zaman bütpərəst və ya dinsizlərin də yanında olmamışdır.

Əllamə Məclisinin “Buharul-ənvar”da nəql etdiyi hədislərdə də Həzrətin (s) Ruhul-qudus tərəfindən tərbiyə aldığına aid hədislər mövcuddur. Mələklər onunla söhbət edərdilər, bəzən də sadiq yuxularına girərdilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930