İmam Hüseynin (ə) mübarək başını gülabla yuyan xristian
Mьəllif: admin1
Tarix: 7-11-2018, 21:11
İmam Hüseynin (ə) mübarək başını gülabla yuyan xristian
Dedim: “Ey Ubeydullahın (lən) əsgərləri! Sizdən istəyirəm ki, bu başı bu gecə mənim yanımda qoyasınız. Səhər hərəkət edən zaman sizə qaytaracağam”.

Onların başçısı üzünü mənə çevirib dedi: “Qarşılığında bizə nə verəcəksən?”.

Soruşdum: “Nə istəyirsiniz?”.

Dedi: “On min dirhəm”.

Bir gecə mənim yanımda olmağın üçün məndən on min dirhəm istədilər. Onlar bilmirdilər ki, səninlə bir dəqiqə olmağım üçün dünyamı onlara verərdim. Sənsiz olan dünyanı nə edim ki? Aşiqi olmayan dünya məşuq üçün faydasızdır...

Həmin pulu onlara verdim. Onlar pulu alıb bir heyvan kimi küncə çəkildilər və yatdılar. Ondan sonra otaqda bir mən vardım, bir də sən.

Mənim Allahım səni mənə tərəf göndərmişdi. Qəlbimi sənin ayağının altındakı torpaqla cilalamışdı. Qırılmış qəlb quşum sənə tərəf uçmaqda idi.

Yolun bütün toz-torpağı sənin üzərindədir. Ona görə də gərək başını gülabla yuyum. Müşk və kafurla xoş ətirli edim. Necə də gözəl anlar idi, o zaman ki, əllərimi sənin mübarək üzünə vururdum.

Gözlərimdən axan – yaşlar deyil, Fəratın xəcalət damcıları idi. Mən Kərbəlada olmadığıma görə çox təəssüf çəkirdim. Səninlə söhbət etmək mənim çoxdankı arzum idi, ancaq belə deyil. Bu halda deyil...

Hava yavaş-yavaş açılmağa başlayırdı. Gərək son sözlərimi sənə deyərdim. Mən xristian olsam da, müsəlman olmağı arzu etmişəm. Gərək sənə deyəydim ki, indiyə qədər xristian qalmağım sadəcə bir bəhanə idi.

İstəyirdim ki, sən mənə tərəf gələsən və məni İslam dininə dəvət edəsən. Səni görmək üçün bəhanə idi. İllərlə xristian qalmışdım ki, sən mənim sorağıma gələsən və hidayət əlini başıma çəkəsən.

Mənim üçün nə qədər çətin olsa da, cürətimi toplayıb, kəlmeyi-şəhadətləri söylədim. Sən də mehriban baxışlarla onları qəbul etdin.

Ey kaş Kufəyə getməzdən əvvəl məni özünlə aparardın və bu hicrana son verərdin! O zaman görərdin ki, necə təslim başımı sənin atının ayaqları altına qoyuram. O zaman görərdin ki, necə su məşkini sənə çatdırıram”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031