Fələstin: “ABŞ-ın təklif edəcəyi sülh planı ilə maraqlanmırıq, çünki...”
Mьəllif: admin1
Tarix: 23-10-2018, 22:48
Fələstin: “ABŞ-ın təklif edəcəyi sülh planı ilə maraqlanmırıq, çünki...”











Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mənsur "ABŞ-ın təklif edəcəyi sülh planı ilə maraqlanmırıq, çünki masada Qüds yoxdur, qaçqınlar yoxdur",- deyib.

İslamazeri.com xəbər verir ki, Riyad Mənsur BMT Təhlükəsizlik Şurasında keçirilən Fələstin iclasından sonra mətbuat nümayəndələrinə açıqlamalar verib. ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Nikki Helinin BMT Təhlükəsizlik Şurasında dediklərini tənqid edən Mənsur ABŞ nümayəndəsinin müttəfiqlərini təkəbbürlü şəkildə təhqir etdiyini söyləyib.

Mənsur Helinin "İsraillilərdən daha çox İsrailli olduğu" şərhini edib. Fələstin xalqının ABŞ-ın sülh planlarını araşdırmadan rədd etdiyi iradlarını jurnalistlərə xatırladan Mənsur, "ABŞ-ın təklif edəcəyi sülh planı ilə maraqlanmırıq, çünki masada Qüds yoxdur, qaçqınlar yoxdur" deyib və əlavə edib: "İki dövlətli həlldən bəhs edilmir. Elə isə masada nə qaldı? Bu səbəblə işə yaramaz bir planla maraqlanmaq istəmirik."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930