Təqva – üstünlük meyarı
Mьəllif: admin1
Tarix: 7-10-2022, 11:00
Təqva – üstünlük meyarı
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ


"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat, 13).

İzah: “تقوا” (təqva) sözü “وقایة” (viqayə) kökündəndir. Lüğəvi mənası qorumaq və saxlamaqdır. Terminologiyada nəfsi mənəvi aludəliklərdən qorumaq mənasını ifadə edir.

Təqvanın önəmi, təsirləri, təqvalıların özəllikləri, təqvanın mərtəbələri və təqva ilə bağlı digər bir çox məsələlər dini mətnlərin nəzərə çarpacaq dərəcədə çox bir hissəsini özünə ayırmışdır. Təqva insanın əxlaqi şəxsiyyətinin təkamülündə çox böyük təsirə malikdir.

Çünki əxlaqi fəzilətlərə yiyələnmək istiqamətində ilk addım nəfsi qəbahətlərdən və günahlardan təmizləməkdir. Bu baxımdan təqvanı İslam ümmətinin bütün fərdi və ictimai əməllərinin təməli hesab etmək olar.

Buna görə də yuxarıdakı ayə insanlara xatırladır ki, onların bir-birinə nisbətdə üstünlük və fəzilət meyarı güc, sərvət, rəng, irq və s. kimi zahiri və maddi imtiyazlar yox, təqva və Allah qorxusudur.

Hədis: İmam Əli (ə): “Təvadan daha əziz hörmət yoxdur.” (Kafi, c. 8, səh. 19, hədis: 4).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930