Tövbə və günahlardan paklanmaq
Mьəllif: admin1
Tarix: 12-10-2018, 21:37
Tövbə və günahlardan paklanmaq

وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ

"Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram."(Taha, 82).

İzah: Əxlaqi inkişaf amillərindən biri də tövbə və Allaha qayıtmaqdır. Tövbənin həqiqi mənası nəfsdən Allaha doğru hicrət etməkdir. Əxlaq alimləri tövbəni nəfsi saflaşdırmaq istiqamətində ilk addım hesab etmişlər.

Çünki qəlbi şeytani düşüncələrdən təmizləmək nəfsi ruhani fəzilətlərlə bəzəməkdən öndə gəlir. Bəzilərinin inancının əksinə olaraq, tövbə yalnız günahdan qayıtmaq deyil.

Hətta peyğəmbərlər və Allahın xüsusi övliyaları da tövbənin və Allaha qayıdışın ən yüksək mərtəbəsinə sahib olmuşlar.

Allah-Taala Quranda bəndələrini dəfələrlə tövbə etməyə və qayıtmağa dəvət etmiş, Öz rəhmət və məğfirət sifətlərini qeyd etməklə onların qəlbində ümid nurunu aydınlatmışdır.

Bu sifətlərdən biri Qəffar sifətidir. Qəffar başqalarının yanlışından çox keçən və günahları çox bağışlayan deməkdir.

Hədis: İslam peyğəmbəri (s): “Allah bağışlayandır. O, yalnız dəvənin sahibindən qaçdığı kimi Onun itaətindən qaçanları bağışlamaz.” (Kənzül-ümmal, c. 16, səh. 12, hədis: 43717).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930