Kərbəla faciəsinin ən ağır səfəri – Əsirlər “Bəəlbək” şəhərinə daxil olurlar
Mьəllif: admin1
Tarix: 9-10-2018, 10:11
Kərbəla faciəsinin ən ağır səfəri – Əsirlər “Bəəlbək” şəhərinə daxil olurlar
Artıq Aşuradan 19 gün keçir. Bu 19 gün ərzində Peyğəmbər (s) övladları zalım Üməyyənin əlində əsir olaraq Kufəyə aparılmış, min-bir əziyyət və zülmə məruz qalmışdılar. Əsirlər bir neçə gündən sonra Şam istiqamətində, Yezid sarayına aparılmaq üçün yola düşürlər.

Bu gün Əhli Beytin (ə) Bəəlbək şəhərinə daxil olduğu gündür. Bu şəhər hazırda Livana məxsusdur. Bəəlbək ikinci xəlifənin zamanında xilafətin ərazisinə birləşdirilmiş bir yaşayış məntəqəsi idi.

Neçə gündür min bir əzab-əziyyətlə yol gələn Kərbəla əsirləri məhərrəm ayının sonunda, təqribən ayın 28-29-da Bəəlbəkə daxil olur. Şəhər əhalisi gələn əsirləri şadlıqla, şirniyyat, toy-bayramla qarşılayır. Səşər sevinc içində idi.

Əhali əsirləri İslam ordusuna məğlub olmuş xarici bilirdilər. Onlar əsirlərlə layiq olmayan tərzdə davranırlar. Şəhər əhalisinin bu cahilanə rəftarına dözə bilməyən Ummu Gülsüm (s), hətta onlara nifrin edir.

Həmçinin bəzi mənbələrdə İmam Hüseynin (ə) Xulə adlı kiçik bir qızının bu şəhərdə şəhid olduğu da deyilir. Çətinliklərə və əhalinin alçaq rəftarına dözə bilməyən kiçik xanım bu şəhərdə əbədiyyətə qovuşur. Hazırda məzarı Bələbək şəhərində Əhli Beyt (ə) sevərlərin ziyarətgahına çevrilib.

Bəni-Haşim gənçlərinin, Əli (ə) övladlarının qətl edilməsi, qadın və uşaqların əsir edilməsi azmış kimi, bu şəhər əhalisi onlarla layiq olmayan tərzdə davranırdı. Öz acı və kinayəli sözləri ilə onların qəlbini incidirdi.

Bu hadisə Aşura günü faciəsi qədər ağır və əzab verici idi. Şəhər əhalisinin müəlman olmasına baxmayaraq onlar öz peyğəmbərlərinin (s) ailəsinə, övladlarına qarşı layiq olmayan şəkildə davrandılar. İmam Səccad (ə) Şam səfərinin acı xatirəsini daim xatırlayar və belə deyərdi:

“Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar.

Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930