Haram mal yemək və məzlumun ah-naləsi duanın qəbul olunmasına mane olur
Mьəllif: admin1
Tarix: 8-10-2018, 12:08
Haram mal yemək və məzlumun ah-naləsi duanın qəbul olunmasına mane olur
Duanın qəbul olmasının şərtlərindən biri haram tikə yeməməkdir. Haram tikə duanın 40 gün qəbul olmasına mane olur. Həmçinin, əgər bir məzlum insanın əlindən nalə çəksə, zalımın duası qəbul olmaz. Bəzi vaxtlar məzlumun ahı insanı alçaqların ən alçağı dərəcəsinə endirir.

Tarix kitablarında yazılıbdır ki, Fironun adamlarından biri Bəni-israil tayfasından olan bir qızın qulağından sırğanı çəkdi. Qızın qulağı qana bulaşdı. Qız başını qaldıraraq dedi: “Ey Allah, sən özün bu zülmə şahidsən!”

İran sultanlarının biri haqqında yazılıbdır ki, bir gün axşam onun yuxusu gəlmirdi. öz-özünə dedi, ola bilsin bir məzlumun ahı mənim başımın üstündədir. O, geyinib evdən çölə çıxdı. Bir az gəzmişdi ki, məscidin qabağından keçəndə orada kiminsə nalə etdiyini eşitdi.

Məsciddə bir məzlum nalə edərək deyirdi: “Ey Allah, sultanı həlak et!”.

Sultan məscidə girib həmin məzluma dedi: "Mən şaham, de görüm sənə kim zülm edibdir?”.

Həmin məzlum kişi cavab verdi: “Sənin qoşunundan bir nəfər hər gecə mənim evimə gəlir və namusuma qarşı təcavüz edir”.

Şah o kişinin evinə getdi. İşığı söndürüb həmin zinakarı öldürdü. Sonra işığı yandırıb şükrü səcdəsi etdi.

Ev sahibi ondan soruşdu: “Nə üçün işığı söndürdün və şükür səcdəsi etdin.?”

Şah dedi: “İşığı söndürdüm ki, əgər həmin zinakar oğlum da olsa, onu öldürəm. Şükür səcdəsi də buna görə idi ki, gördüm həmin zülmkar mənim oğlum deyil”.

Şəhid Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb "Quran və Qiyamət “Tur” surəsinin təfsiridən

deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930