“Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!” – İmam Səccad (ə) bu sözlərlə nəyi qəsd edirdi?
Mьəllif: admin1
Tarix: 8-10-2018, 09:58
“Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!” – İmam Səccad (ə) bu sözlərlə nəyi qəsd edirdi?
İmam Səccad, Allah rəsulunun (ə) nəvəsi, İmam Hüseynin (ə) oğludur. Kərbəla faciəsində, demək olar ki, İmam Əlinin (ə) bütün oğul övladlarını qətl etmişdilər. Sağ qalan yegana İmam Səccad (ə) idi.

Ömər Səd və İbn Ziyad bu qətliyamı, bu cinayəti “Xarici” adı ilə törətmişdi. Onlar Əhli-Beyti (ə) oradakı insanlara işğalçı xaricilər kimi tanıtdırmışdı. İmam (ə) önə çıxıb özünü təqdim edəndə səs-küy salırdılar ki, qoşun İmamın (ə) sözünü eşidməsin.

İmam Hüseynin (ə) şəhadətindən sonra, o Həzrətin (ə) ailəsini, o cümlədən İmam Səccadı (ə) əsir edib Kufəyə, oradan da Şama apardılar. İmam bu sözləri Şamda demişdi.

Məlun Yezidin nümayəndəsi minbərə çıxıaraq Müaviyyə və Yezidi tərifləyir, Əli (ə) övladlarını isə pisləyib, onların dövrün xəlifəsinə qarşı gəldikləri üçün Allahın onları cəzalandırdığını, onların (ə) dindən xarıc olduqlarını, Yezidin isə şərafət və izzət sahibi olduğunu bəyan edir. İmam Səccad (ə) isə yalançı və layaqətsiz xətibin yala sözlərinə qarşılıq olaraq sözə belə başlayır:

“Ey insanlar, mən Məkkənin, Minanın oğluyam! Mən Səfa və Zəmzəmin oğluyam! Mən Məscidul-Hərmdən Məscidul-Əqsaya merac edənin oğluyam! Mən Muhəmmədil-Mustafanın (s), Əliyyil-Murtəzanın oğluyam!...”

“Alkawthar” agentliyi, İmam Səccadın (ə) “Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!” kimi sözlərlə nəyi qəsd etməsi barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb.

Cavab:

İmam Səccad (ə) peyğəmbər (s) və imamətin mənsub olduğu pak sülaləsindəndir.

İmam (ə) burada Məkkə, Mina, Zəmzəm kimi, müsəlmanlar üçün müqəddəs hesab olunan rəmz və dəyərlərə işarə edir.

İmam (ə) müsəlmanların müqəddəs hesab etdiyi bu cansız məkanlara, Qurana işarə edərək bildirir ki, əsl ehtiram olunmalı mənəm, danışan Quran mənəm. Allahın sizin üçün təyin etdiyi həqiqi xəlifə (nümayəndə) mənəm. Mən, Allahın höccəti (nümayəndəsi) olaraq bu müqəddəs hesab etdiyiniz şeylərin fövqündəyəm.

İmam bu sözləri ilə özünü, öz əsl-nəcabətini, pak soyunu tanıtdırdı. Əsirləri, o cümlədən İmamı (ə) xarici kimi tanıyanlar onların həqiqətdə kim olduğlarını öyrəndilər. Şam əhli dərin bir qəflətdən oyandı.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930