Niyə dünyada olan bütün varlıqlar, Böyük Allahın kəlmələridir?
Mьəllif: admin1
Tarix: 6-10-2018, 22:49
Niyə dünyada olan bütün varlıqlar, Böyük Allahın kəlmələridir?
Əgər biz dilimizdən çıxan hər sözə kəlmə deyiriksə, ona görədir ki, hər biri bir silsilə xarici həqiqətlərdən və əqli təsəvvürlərdən hekayət edir. Ona görə də əgər bu dəlillərdən biri dünya varlıqlarına şamil olarsa, yəni hər bir varlıq öz dəqiq nizamı ilə Xaliqin qüdrət və elminə şəhadət verərsə, bu halda onu Allahın kəlməsi adlandırmaq olar.

Bu səbəbdən dünyada olan bütün varlıqlar – Böyük Allahın kəlmələridir. Çünki hər birinin varlığı Allahın qüdrətindən hekayət edir. Canlıların möcüzəvi varlıqları, hüceyrələrin nizamla düzülüşü, güllərin forması, uca dağlar, geniş dənizlər, insan bədəni – Allahın sonsuz qüdrətindən xəbər verir.

Qurani-Kərim buyurur: “Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah tanrılıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin).

Həqiqətdə Məryəm oğlu İsa Məsih – Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah – tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar – Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir”. (“Nisa” 171).

Əmirəl-möminin (ə) buyurur: “Böyük və kiçik, ağır və yüngül, güclü və zəif – Onun qüdrəti qarşısında eynidirlər”.

“Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür”. (“Loğman” 30).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031