BU ƏMƏL İNSANI ŞEYTANIN ŞƏRİNDƏN QORUYUR...
Mьəllif: admin1
Tarix: 5-10-2018, 20:36
BU ƏMƏL İNSANI ŞEYTANIN ŞƏRİNDƏN QORUYUR...
İslamda xüms, zəkat, infaq və sədəqə kimi bir sıra ibadətlər mali ibadətlər qisminə aiddir. Qurani-Kərimdə Allah yolunda malla mübarizə canla mübarizədən öncə qeyd olunur və “Tövbə” surəsinin 88-ci ayəsində belə buyurulur:

لَـكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَأُوْلَـئِكَ لَهُمُ الْخَيْرَاتُ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad (mübarizə) etdilər. Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!”

Bu ayədə infaq və yardım, başqa sözlə, malla mübarizənin daha əhəmiyyətli olduğu vurğulanır. Eyni zamanda, İslamda hədsiz sərvətin toplanılıb saxlanılması və Allah yolunda xərc çəkilməməsi şiddətlə məzəmmət olunur. “Təkasur” surəsinin 1-ci ayəsində belə buyurulur:

أَلْهَاكُمُ التَّكَاثُرُ

“(Mal-dövlət, rütbə, oğul-uşaq və qohum-əqrəba) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) qafil etdi.”

Hətta “Tövbə” surəsinin 34-cü ayəsində belələrinə ağrılı-acılı cəhənnəm əzabı vəd edilir:

وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

“…Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!”

İmam Baqir (ə) buyurur

أَلاَ أُنَبِّئُكُمْ بِشَيْ ءٍ إِذَا فَعَلْتُمُوهُ يَبْعُدُ اَلسُّلْطَانُ وَ اَلشَّيْطَانُ مِنْكُمْ

“Sizə bir əməldən xəbər verməyimmi ki, onu yerinə yetirdikdə, (zalım) soltan və şeytan sizdən uzaqlaşsın?”

Əbu Həmzə ərz etdi:

بَلَى أَخْبِرْنَا بِهِ حَتَّى نَفْعَلَهُ

“Bəli, bizə xəbər verin ki, onu yerinə yetirək.”

İmam (ə) buyurdu:

عَلَيْكُمْ بِالصَّدَقَةِ فَبَكِّرُوا بِهَا فَإِنَّهَا تُسَوِّدُ وَجْهَ إِبْلِيسَ وَ تَكْسِرُ شِرَّةَ اَلسُّلْطَانِ اَلظَّالِمِ عَنْكُمْ فِي يَوْمِكُمْ ذَلِكَ وَ عَلَيْكُمْ بِالْحُبِّ فِي اَللَّهِ وَ اَلتَّوَدُّدِ وَ اَلْمُوَازَرَةِ عَلَى اَلْعَمَلِ اَلصَّالِحِ فَإِنَّهُ يَقْطَعُ دَابِرَهُمَا يَعْنِي اَلسُّلْطَانَ وَ اَلشَّيْطَانَ وَ أَلِحُّوا فِي اَلاِسْتِغْفَارِ فَإِنَّهُ مَمْحَاةٌ لِلذُّنُوبِ .

“Gününüzü sədəqə ilə başlamağı unutmayın; çünki sədəqə İblisin üzünü qara edər və (sədəqə verdiyiniz) həmin gün zalım soltanın qəzəbi sizə təsir etməz. Sizə Allah yolunda sevgini, yaxşı əmələ məhəbbət və yardım göstərməyi tövsiyə edirəm; çünki bu iş zalım soltan və şeytanın kökünü kəsir. Günahlarınızın bağışlanmasında israrlı olun; çünki bu, günahları məhv edir". (“Tuhəful-uqul”, 2-ci cild, səh.298.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930