Onlar dini aradan aparmaq istəyir, Aşura və Hüseyn (ə) bəhanədir
Mьəllif: admin1
Tarix: 4-10-2018, 11:32
Onlar dini aradan aparmaq istəyir, Aşura və Hüseyn (ə) bəhanədir
Məhərrəm ayı Yezidləri tanımaq üçün gözəl fürsətdir...

Bir neçə gündür ki, bəzi nadanlar kütləvi şəkildə öz batinlərindəki çirkinliklərini sözün əsl mənasında biruzə verirlər. Bunlara cavab vermək əvəzinə, onların əsl məqsədlərini sizə çatdırmağa qərar verdim.

Əvvəla, tənqid hər zaman qəbul ediləndir. Ağıllı insan sağlam tənqiddən qorxmaz, əksinə ondan nəticə çıxarar. Amma istər şəxsləri ya onların müqəddəs hesab etdiklərini təhqir etmək, yolverilməzdir.

İnsan şəxsiyyətini bu və ya digər şəkildə alçatmaq heç bir əxlaqi və hüquqi normalara sığmır. Bütpərəstələrin müqəddəs bildiyi bütü də təhqir etməyə icazə verməyən dinin (“Ənam” surəsi, 106), ən üstün şəxsiyyətləri bu gün təqhirə məruz qalır.

Onların təhqiri elə İslamın təhqir olunmasıdır. İslami dəyərlərə, o dəyərləri özündə ehtiva edən hər bir şey müsəlmanlar üçün müqəddəs sayıldığından onlara hörmətlə yanaşılmalı və əsla təhqirə yol verilməməlidir. Ümumiyyətlə, normal bir şəxs heç zaman digərlərini təhqir etməz.

Bəzi xəbislərin fəzilətli şəxsləri təhqir etməsi əslində, onların daxili çrikinliyinin göstəricisidir. Quran, hədis və tarixi hadisələri təhlil etdikdə anlayırıq ki bu kimi şəxslər iki səbəbdən dolayı fəzilətli şəxsləri təhqir edirlər:

1. Cəmiyyətdə olan fəzilətli şəxslərin, üstünlüyünü həzm edə bilməmək.

2. Onların paklığına, dürüstlüyünə dözə bilməmək.

Qarşı tərəf özündə həmin ilahi dəyərləri görmədikdə, yaxud həmin dəyərlərə sahib olanların sevildiyini gördükdə və ya bu fəzilətlərə yetişə bilmədikdə həmin uca və fəzilətli insanları öz səviyyələrinə salmağa çalışırlar.

Təhqir, eyib və nöqsanları ona nisbət vermək, müxtəlif yersiz iradları ona bildirmək və sair rəzil yollarla onun uca məqamına dil uzadırlar. Səbəbi də paxıllıq, həsəd, kin, onların fəzilətini həzm edə bilməmək kimi sıralamaq olar.

Məgər Yezid Aşura günü demirdi ki, “Biz bu gün Bədirdəki babalarımızın intiqamını aldıq.” Baxın kin və həsədin batindəki tuğyanına, nəticəsinə...

Bədir döyüşündən illər keçsədə o kin qəlblərinin dərinliklərində kök atmışdı. Nəhayət Aşura və Məhərrəm bu kini üzə çıxartdı. Onların əsl xislətini, insandan daha da aşağı olmalarını aydın şəkildə biruzə verdi.

Yezidlər bu gün də var. Məhərrəmlər, Aşuralar onları bizə tanıtdırır. Necə ki, Kərbəla səhrasında Aşura hadisəsi ilə xalis möminlər və kafirlər tam və əyani şəkildə hamıya isbat olundu.

Yezid qoşununda olan bəziləri, Hüseynə (ə) tərəf gələrkən, Hüseynin (ə) yanında möminlik iddiasında olan bəziləri də, dünyəvi bəhanələrlə oradan uzaqlaşdılar.

Bu gün də Məhərrəmdir. Və bu üstün şəxslərin fəzilətini dərk etməyənlər yenə də, Yezid kimi batinlərindəkini biruzə verirlər.

“Hər gün Aşura, hər yer Kərbəla” deyimi əbəs yerə dillər əzbəri olmayıb. Hər gün haqq və batil üz-üzədir. Hər yer Kərbəladır, hər yerdə haqq və batilin mübarizəsi davam edir və Qiyamətə qədər də bu proses davam edəcəkdir. Odur ki, bu günlərdə öz daxilindəki kinlərini biruzə verən Yezidləri tanımaq üçün gözəl fürsətdir.

Siz bu gün də onlara qarşı çıxmaqla öz mövqeyinizi müəyyən edirsiz ki, “Biz Yezidin yanında yox, Hz Hüseynin (ə) yanındayıq.

Ey münafiq dəstə! Yazın, cızın ta ki, daxilinizdəki nifaq, öz əlinizlə üzə çıxsın.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930