İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”
Mьəllif: admin1
Tarix: 4-10-2018, 10:36
İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”
İmam Əli (ə) özünü tanıma və Allahı dərk etmək haqda bunları buyurub:

“Özünüdərk ən faydalı tanımadır.”[1]

“Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır.”[2]

“Özünü tanımayan kimsə başqasını necə tanı­yacaq?”[3]

“Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.” [4]

“Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.” [5]

“Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.”[6]

“Özünü tanıyan, Allahını da tanıdı.”[7]

“Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.”[8]

“Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.”[9]

“Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.”[10]



İmam Səccad (ə) dualarının birində buyurub: “Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.”[11]

İmam Baqir (ə) Cabir Coəfiyə tövsiyyələrində buyurarmış: “Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.”[12]


[1] Ğurərul-Hikəm, hədis 9865.

[2] Ğurərul-Hikəm, hədis 6965.

[3] Ğurərul-Hikəm, hədis 6998.

[4] Ğurərul-Hikəm, hədis (7855+7856).

[5] Ğurərul-Hikəm, hədis (7829+7832)

[6] Ğurərul-Hikəm, hədis 3126.

[7] Ğurərul-Hikəm, hədis 7946.

[8] Ğurərul-Hikəm, hədis 10930.

[9] Ğurərul-Hikəm, hədis 10927.

[10] Ğurərul-Hikəm, hədis 10937.

[11] Biharul-Ənvar, c.94, səh.128, hədis19.

[12] Tuhəful-Uqul, səh.268.

(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930