Qarunu həzrət Musanın ən qatı düşməninə çevirən səbəb – Yer altına batan xəzinələr
Mьəllif: admin1
Tarix: 3-10-2018, 14:56
Qarunu həzrət Musanın ən qatı düşməninə çevirən səbəb – Yer altına batan xəzinələr
Qarun, Quranda adı çəkilmiş şəxslərdəndir. Onun əsl adı Qarun ibn Yəshurdur. O, Bəni İsraildən, Həzrət Musanın (ə) yaxın qohumlarından idi.

Qurani Kərim onu varlı, dövlətli birisi kimi tanıtdırır. Hətta onun o qədər sərvəti var idi ki, bu xəzinələrin özünü deyil, açarlarını daşımaq üçün bi neçə qüvvətli adam lazım idi:

“Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi.” (Qəsəs-76)

Qarun oncə Musa (ə) peyğəmbərlə düşmənçilik eirdi. Bu səbəbdən onun adı Firon və vəziri Haman ilə birgə düşmənlərin sırasında çəkilir.Həmçinin Quran onun lovğalığından, təkəbbüründən, bu qədər sərvəti öz ağıl və farasəti ilə qazanmasını iddia etməsindən danışır, bu əməlinə görə onu məzəmmət edir.

O ticarət və kimya elmini bildiyi üçün özündən çox razı idi:

“Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.”
(Qəsəs-76)

(Qarun) dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. (Qəsəs-78)

Qarun sonralar Musa (ə) peyğəmbərə iman gətirir, hətta Bəni İsrailin Misiri tərk etdiyi zaman Qarunun da onlarla getdiyi deyilir. Lakin sonradan Qarun yenə də Musa (ə) peyğəmbərin düşmənlərinə çevrilir. Hətta o, Musaya (ə) iftiralar da atmağa başlayır, peyğəmbəri zina və sehirbazlıqda ittiham edir.

Onun peyğəmbərə qarşı çıxmasının səbəbini zəkata qarşı olan üsyanı olur. Qarunun gözəl səi var idi. O, hər gün gələr Tövratın səhifələrindən gözəl avazla oxuyardı. Bu zəkat ayəsi nazil olana qədər davam etdi.

Zəkat ayəsi nazil olduqda Qarun evə gedir, zəkatını hesablayır, ortaya çıxan miqdar onun etirazına səbəb olur, bununla da Musa (ə) peyğəmbərə qarşı çıxır, hətta camaata çar çəkir ki, Musa (ə) sizin var dövlətinizi əlinizdən alıb, sizə hömranlıq etmək istəyir.

Hətta rəvayətlərdə qeyd olunur ki, zina edənin daşqalaq olunması barədə hokum nazil olanda, Qarun bir nəfər qadını pul ilə satın alıb Musa (ə) peyğəmbərlə üz-üzə qoyur ki, güya peyğəmbər bu qadınla zina edib. Lakin qadın sonradan öz əməlindən peşman olub həqiqəti etiraf edir.

Təkəbbürü və var-dövlət hərisliyi Qarunu Allahın peyğəmbəri ilə düşmənə çevirir. Onun kin və düşmənçiliyi o həddə çatır ki, nəhayət Allah onun özünü də, var dövlətini də yerin altına batırır:

“Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.” (Qəsəs-81)

Saysız hesab sərvətə sahib olan, hətta açarlarını bir dəstə güçlü adamın gəzdirdiyi xəzinələr sahibi Qarun, öncə iman gətirir. Lakin sərvətinin bir hissəsini Allah yolunda verməyi özünə ağır bilən bu şəxs, sonradan peyğəmbərin ən qatı düşməninə çevrilir. Sərvətinə güvənən bu şəxsi Allah özü ilə bərabər yerin altına batırır.

Təfsir alimlərin bəziləri bu hadisənin Misirdə baş verdiyini deyirlər. Lakin böyük əksəriyyəti isə Bəni İsrailin Misiri tərk etməsindən sonra Sina səhrasında baş verdiyini qeyd edirlər.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930