Böyük günahları tanımaq üçün İmam Sadiqdən (ə) meyar
Mьəllif: admin1
Tarix: 3-10-2018, 14:52
Böyük günahları tanımaq üçün İmam Sadiqdən (ə) meyar
Əhli-təsənnünün 90 yaşlı bir alimi İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ya ibni Rəsullah! Mən “Nisa” surəsində olan bir ayəni başa düşmürəm ki, buyurur:

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları – onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”. (“Nisa” 31).

Həzrət Sadiq (ə) buyurur: “Ayənin hansı yerini başa düşmürsən?”.

Deyir: “Kəbayiri. Kəbayir – kəbirə günahlardır və onlar hansılardır?”

Həzrət (ə) buyurur: “Quranın əvvəlindən axırına qədər Allahın adını çəkdiyi hər bir günah və onlara ki, əzab vədəsi verilmişdir – onlar kəbirə günahlardır.

O cümlədən: zülm, sələm, ata və ananı özündən narazı etmək. Ağvalideyn olmağın əzabı vardır. Yalandan and vermək, simiclik, insan öldürmək, övladını hələ ana bətnində olan zaman öldürmək – (bütün bunların) əzabı vardır”.


Beləliklə, İmam Cəfər Sadiq (ə) böyük günahları tanımağın universal metodunu bəşəriyyətə təqdim etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930