Bu ziyarəti İmam Hüseyn (ə) haqqında Həzrət Məhdi (ə.f) bəyan etmişdir
Mьəllif: admin1
Tarix: 2-10-2018, 14:27
Bu ziyarəti İmam Hüseyn (ə) haqqında Həzrət Məhdi (ə.f) bəyan etmişdir
Seyyidüş-şühədaya (ə) aid bəyan olunan ürəkyandıran ziyarətlərdən biri də “Nahiyəh-müqəddəsə” ziyarətidir. Bu ziyarət İmam Zaman ağa (ə.f) tərəfindən yazılmışdır ki, onun naiblərindən biri bu haqda xəbər vermişdir.

İmam Zaman ağa (ə.f) qeyb nəzəri ilə Aşura hadisəsini müşahidə etmiş və İmam Hüseynin (ə) çəkdiyi susuzluğu və ağrıları öz bədəni ilə hiss etmişdir. Əhli-Beytə (ə) vurulan qamçıların şahidi olmuş və Məhərrəm ayının bu ağrılı günlərini öz gözləri ilə görmüşdür.

Ona görə də bu ziyarətdə cəddinə xitab edərək, buyurur: “Gecə və gündüz sənin üçün ağlayıram. Əgər başqaları Məhərrəm ayının ancaq on gününü ağlayırsa, mən hər gecə və gündüz sənin üçün ağlayıram. Əgər göz yaşlarım sona çatarsa, sənin üçün qan ağlayaram”.

Həzrət Məhdi (ə.f) buyurur: “Hər kim qərib cəddimin məclisində onun müsibətinə ağlayandan sonra mənim və fərəcimin yaxınlaşması üçün dua edərsə, mən də onun üçün dua edərəm”.

Hər kim “Nahiyəh-müqəddəsə” ziyarətini oxuyubsa, yaxşı bilir ki, bu ziyarət başqa ziyarətlərdən daha çox Kərbəla ağrısını insanlara çatdıra bilmişdir.

İmam (ə.f) bu ziyarətdə buyurur: “O zaman ki, vəziyyət tələb etdi, sən müqavimət bayrağını qaldırdın və müxalif olanlarla vuruşdun. Övladların, ailən, davamçıların və dostlarınla yola düzəldin. Hikmət və gözəl nəsihətlə Allaha tərəf dəvət etdin. Məbuda itaət etməyi əmr etdin. Üsyandan çəkindirdin və zülmlə mübarizə apardın”.

İmam Məhdi (ə.f) cəddinin qətlini İslamın qətlinə bərabər tutaraq buyurmuşdur: “Vay olsun üsyankar günahkara!

Səni öldürərək, İslamı öldürdülər.

Sünnət və əhkamı öldürdülər. İmanın bünövrəsini məhv etdilər. Quran ayələrini təhrif etdilər, fəsad və düşmənçilik etməkdə çox çalışdılar.

Allah Kitabı boş buraxıldı və haqqa xəyanət etdilər”.

İmam (ə.f) bu ziyarətdə əvvəl 23 İlahi peyğəmbərə (ə), Kəsa səhabələrinin dörd fərdinə salam verir və İmam Hüseyni (ə) xüsusi ziyarətlə salamlayır. Sonra onun vəfalı dostlarına və Əhli-beytinə (ə) salam verir. İmam (ə) haqqında rövzə deyir.

Bu ziyarətin sonunda İmam (ə.f) buyurur: “Sənin gedişinlə - Allahu Əkbər, Lə iləhə illəllah, haram və halal, təfsir aradan getdi. Səndən sonra dinsizlik, küfr, nəfsani istəklər, yolunu azmaqlar, batillər aşkar oldu”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930