Əhli-Beytin (ə) elm bulağından sirab olan şagird
Mьəllif: admin1
Tarix: 1-10-2018, 22:56
Əhli-Beytin (ə) elm bulağından sirab olan şagird
Muhəmməd ibni Müslim Səqəfi İmam Baqirin (ə) ən üstün şagirdlərindən olmuşdur.

O, nəql edir: “Bir gün evimin damında yatmışdım. Eşitdim ki, kimsə evimin qapısını döyür. Soruşdum: “Kimdir?”.

Bir qadın səsi gəldi: “Mənəm, Allah sənə rəhmət etsin, qapını aç!”.

Mən damın kənarına getdim və gördüm ki, bir qadındır. Məni görən kimi dedi: “Mənim təzə ərə gedən qızım hamilə idi. Onu doğum sancısı tutdu və doğmamış dünyasını dəyişdi. İndi övladı qarnında hərəkət edir. Bu məsələnin şəri hökmü nədir?”.

Ona dedim: “Ey banu! Buna bənzər mövzu ilə bağlı bir gün İmam Baqirə (ə) müraciət etmişdilər. İmam (ə) buyurmuşdu: “Ölünün qarnını yarın və uşağı çıxardın”. Sən də belə et”.

Sonra ona dedim: “Səni kim mənim mənzilimə yönəltmişdir?”.

Dedi: “Mən bu məsələ ilə bağlı Əbu Hənifənin yanına getmişdim. O, mənə doğru cavab verə bilmədi. Ona görə də sənin yanına göndərdi”.

Mən dedim: “Salamatla get!”.

O günün sabahısı məscidə gedən zaman Əbu Hənifəni gördüm ki, öz səhabələri ilə bu mövzunu müzakirə edirdi. Məndən eşitdiyi cavabı öz nəzəri kimi şərh etmək istəyirdi. Məscidin kənarında öskürdüm. O, məni görüb dedi: “Allah səni bağışlasın. İmkan ver, biz də yaşayaq””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930