Müsəlman gərək zay etdiyi 1 saata görə dərin peşmançılıq çəksin
Mьəllif: admin1
Tarix: 30-09-2018, 10:19
Müsəlman gərək zay etdiyi 1 saata görə dərin peşmançılıq çəksin
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün ömrü boyu, əgər bir saat insan ömrü xəlq olduğu qeyri şeylər üçün xərc olunarsa, layiqli olar ki, çox uzun bir zaman o bir saat üçün qüssə yesin və başına vursun”.

Yəni, hər bir kişi və ya qadın fərq etməz, əgər ömrünün bir saatını yersiz işlərə xərcləyərsə, ömrünün bir hissəsini tələf etmiş sayılar. Çünki insan bunun üçün xəlq olmamışdır.

Allah insanı nütfədən yaratmışdır və onu müxtəlif mərhələlərdən keçirib, insan halına çatdırmışdır. Belə bəsit yaranmamışdır ki, bəsit şəkildə də günah edə bilsin. Oğurluq etsin, qəsb etsin, zina etsin, haram pul qazansın və batil işlərlə məşğul olsun.

Ömür Allahın insana verdiyi ən dəyərli sərmayədir. İnsan əgər bu sərmayəni düzgün istifadə etməzsə, ziyan çəkən özü olar.

Mərhum Ayətullah Birucerdi ömrünün son günlərində demişdi: “Allahın mənə verdiyi tövfiq bu idi ki, mən ömrümün bir anını belə zay etməmişəm”.

Yuxu, yemək, ibadət, xidmət, dərk – hamısı gərək ölçüsündə olsun. O kəs ki, ancaq namaz qılar və başqa işlərə diqqət etməz, bu insanın İslamı olmaz.

İslam odur ki, insan evlənsin, ticarət etsin, ruzi qazansın, əkinçilik etsin, siyasətlə məşğul olsun, ədalətli olsun və elm toplasın.

Biz gərək həm gülək və həm də ağlayaq. Qohumlarımızı görmək üçün sileyi-rəhm edək. Ziyarətlərə gedək, bir-birimizlə ünsiyyət quraq.

Ancaq bütün bunların hamısını düzgün yerinə yetirək, ifrat və təfrit etməyək. Biz gərək aşkar ibadət olan camaat namazı qılaq. Həm də gizli namaz olan gecə namazı qılaq. Budur həqiqi İslam.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930